Tanınmış jurnalist deputata SƏSLƏNDİ: “Millət vəkilisinizsə, o zaman millətin yanında olun”backend

Tanınmış jurnalist deputata SƏSLƏNDİ: “Millət vəkilisinizsə, o zaman millətin yanında olun”

“Aparılan təhlillər göstərir ki, qaz istehlakında (qiymətin artdığı sektorda) əhalinin orta aylıq çeki 9 manatdır. Elektrik istehlakında isə orta aylıq çek 16 manatdır. Təqribən qiymətlərin orta hesabla 20 faiz artdığını nəzərə alsaq, qiymət dəyişmələri bir ailəyə orta hesabla ayda 5 manat əlavə xərc yaradacaq. 2022-ci ilin Dövlət Büdcəsi layihəsində sosial xərclərin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Hesab edirəm ki, əhalinin gəlirlərinin (maaş, pensiya, təqaüd və s) xeyli dərəcədə artımına gətirib çıxardacaq bu dəyişikliklər kommunal sahədə insanların xərclərinin artan hissəsini bir neçə dəfə üstələyəcək”.

Şəhid oğlu deputatlığa namizədliyini irəli sürdü

KONKRET.az xəbər verir ki, millət vəkili Tahir Mirkişilinin səsləndirdiyi bu fikirlərə münasibət bildirən  tanınmış jurnalist Zaur Əhməd maraqlı məqamlara toxunub: “Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili səsləndirib. Komitə sədri olmağına baxmayın, Tahir müəllimin əsas statusu millət vəkilidir. Onu yaxından tanıyıram. Bir neçə dəfə görüşümüz də olub. Hətta bir dəfə Sumqayıtda dost məclisində, dost söhbəti eləməyə cəhd göstərdik. Suallarımız oldu. Xeyli problem qaldırdıq. Diqqət elədim, Tahir müəllim bir dəfə də olsun, millətdən yana danışmadı. Sanki hökumətin vəkiliymiş kimi, ancaq hökumətə sərf edən fikirlər səsləndirdi. Mən statusuna uyğun davranmayan insanları sevmirəm. “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün” devizi mənim üçün əsas olub. Millət vəkilisinizsə, o zaman millətin yanında olun.  Hökumət vəkilisinizsə, o zaman hökumətin yanında olun, məmur olun, işimizi bilək və sözünüzdə səmimiyyət axtarmayaq. Millətin sözünü deməyən adamlardan millətə vəkil olmaz. Bəlkə də məni haqsız çıxarmaq üçün hansısa arqumentlər gətirəcəksiniz. Amma minlərlə arqument və fakt ola, niyyət səmimi deyilsə, qəbul etmirəm”.

Müşviq Tofiqoğlu

KONKRET.az

  • Zaur
    Oktyabr 19, 2021 - 09:36

    Guya ki,bir neçə nəfəri çıxmaq şərti ilə hansı deputat millətin yanındadır ki? Mirkişili də eyni digər məmurlar və “ekspertlər” kimi eyni müəllifin musiqisinin “dınqıldadırlar”. Sadə bir evində “Kombi” si olan vətəndaş payız-qış ayında keçən il limiti keçmədiyi halda aylıq minimum (300-350 m3) qaz sərfiyyatında görə 30-35 manat ödəyirdi.Bu il yeni limit dəyişikliyindən sonra avtomatik olaraq bu məbləğ 60-70 manat təşkil edəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*