Təhsil nazirindən birinci siniflərə yerləşdirilən şagirdlərlə bağlı PAYLAŞIMbackend

Təhsil nazirindən birinci siniflərə yerləşdirilən şagirdlərlə bağlı PAYLAŞIM

“Bu gün birinci siniflərə qəbul prosesinə start verildi. Prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir”.

KONKRET.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədəki paylaşımında deyilir.

Nazir bildirib ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94 min nəfəri artıq I sinfə birbaşa yerləşdirilib:

“Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*