Tom Kruz 60 yaşını qeyd edirbackend

Tom Kruz 60 yaşını qeyd edir

Amerikalı kinoaktyor, rejissor, ssenarist və prodüser Tom Kruz 3 iyul 1962-ci ildə ABŞ-ın Nyu-York ştatının Sirakuza şəhərində anadan olub.

KONKRET.az xəbər verir ki, onu Amerika kinosunun ən məşhur və ən yaraşıqlı nümayəndələrindən biri, “xəyallar fabriki”nin təcəssümü adlandırırlar.

Kruz ilk rolunu 1980-ci ildə “Sonsuz Sevgi” filmində oynayıb. İlk uğurunu isə 1983-cü ildə çəkildiyi “Riskli Biznes” filmilə qazanıb. “Yağış adamı” (1988) və “İyulun 4-də doğulan” (1989) filmləri aktyora dünya şöhrəti gətirib.

Bu gün Tom Kruzun filmoqrafiyasında 40-a yaxın rol var. Aktyor üç dəfə “Qızıl Qlobus” mükafatı qazanıb və üç dəfə “Oskar”a namizəd olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*