Türkiyə böyük miqyasda dəniz təlimləri keçirirbackend

Türkiyə böyük miqyasda dəniz təlimləri keçirir

Türkiyə böyük miqyasda dəniz təlimləri keçirir.

KONKRET.az xəbər verir ki, “DENİZKURDU-II/2024” təlimi idarəetmənin keyfiyyətinin qiymətləndirilməsi, təlim iştirakçılarının əməliyyat hazırlığının və ahəngdarlığının artırılması məqsədi ilə keçirilir. Manevrlər Qara, Mərmərə, Egey dənizləri və Aralıq dənizinin şərqində həyata keçiriləcək.

Ümumilikdə təlimlərə 100 müxtəlif tipli gəmi, 8 sualtı qayıq, 39 təyyarə, 16 helikopter, 28 pilotsuz uçuş aparatı və 7 dəniz pilotsuz təyyarəsi, həmçinin 15 min şəxsi heyət cəlb olunub.

Təlimlər mayın 6-dan 18-dək davam edəcək, ən aktiv hərəkətlər isə mayın 13-16-na planlaşdırılıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*