Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Türkiyənin F-16 qırıcısının Ermənistana məxsus təyyarəni vurması barədə məlumatı təkzib edib.
KONKRET.az xəbər verir ki, F. Altun Türkiyənin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə İrəvanın yaydığı məlumatın yalan olduğunu deyib.
Fahrettin Altun həmçinin qeyd edib ki, Ermənistan belə düşük təbliğat oyunu aparmaq yerinə dərhal işğal etdiyi torpaqlardan çəkilsin.
Qeyd edək ki, Ermənistanın bu iddiasını Azərbaycan Müdafiə Nazirliyi də təkzib edib.
