Universitet və məktəblər boşaldıldı – SƏBƏBbackend

Universitet və məktəblər boşaldıldı - SƏBƏB

İspaniyanın Toledo əyalətinin Talavera de la Reina şəhərində daşqınlara görə Kastilya-La-Mança Universiteti də daxil olmaqla 7 təhsil müəssisəsi təxliyə edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, universitetin mətbuat xidməti Taxo çayında suyun səviyyəsinin təhlükəli qalxması səbəbindən dərslərin dayandırıldığını bildirib.

Dərslərin müvəqqəti dayandırılması ilə bağlı qərar bu gün səhər saatlarında, tələbələrin artıq dərsdə olduğu vaxt verilib. Təxliyə çayın yatağına yaxın və potensial daşqın zonalarında yerləşən təhsil müəssisələrini əhatə edib. Təhlükə səviyyəsinin arta biləcəyi barədə xəbərdarlıq olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*