Vanetsyan Kadırovla niyə görüşüb? – TƏFƏRRÜATLARbackend

Vanetsyan Kadırovla niyə görüşüb? - TƏFƏRRÜATLAR

 Vanetsyan Kadırovla niyə görüşüb?

KONKRET.az-ın erməni mediasına istinadla məlumatına görə, Vanetsyanın Ramzan Kadırovla görüşməsi və yayılan fotoşəkli ciddi söz-söhbətə səbəb olub.

Baş nazir vəzifəsinə namizəd Artur Vanetsyan “Yerkir Media” kanalına verdiyi müsahibəsində Kadırovla məşhur fotosundan danışıb.

“Fotoşəkil yayımlandıqdan sonra məni Çeçenistan Prezidenti ilə dostluq münasibətlərində ittiham etdilər. Məncə, Ramzan Kadırovla dostluq ancaq şərəf qazandırar”deyə Vanetsyan bildirib.

MTX-nin keçmiş rəhbəri Çeçenistanı niyə ziyarət etdiyini və bu ölkənin prezidenti ilə necə dost olduğunu izah edib.

“Bilirsiniz ki, Ermənistan və Rusiyanın Gürcüstan ərazisindən keçən bir quru yolu var. İldə yalnız 6 ay işləyən Lars keçid məntəqəsində həddindən artıq yük səbəbindən daimi yığıntılarımız olur, mallarımız korlanır” deyib.

Araşdırmalar nəticəsində daha bir marşrutun Gürcüstan ərazisindən mümkün olduğu ortaya çıxıb – Çeçenistanla həmsərhəd olan İtum-Kali-Şatili sahəsi.

“İndi də çox yaxşı dostluq münasibətim olan Gürcüstanın keçmiş Baş naziri Giorgi Qaxaria ilə danışdım və dedim ki, bu yolu işləsin deyə tikmək mümkündürmü? Cavab verdi ki, əgər Rusiya ilə razılığa gəlməyi bacarsalar, mümkündür. Rusiyaya getdim, Kadırovla görüşdüm, o bu yolun inşası təklifini təsdiqlədi.

Bu yol artıq çəkilib, iki kilometri qalıb. Bu hissə inşa edildikdən sonra Ermənistanın Rusiyaya alternativ yolu olacaq, qarsız, problemsiz bir yola sahib olacaqlar. Deyin görək, bu, yaxşıdır, yoxsa pis?” deyə Vanetsyan sual verib.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*