“WhatsApp”dan daha bir YENİLİKbackend

"WhatsApp"dan daha bir YENİLİK

“WhatsApp” mesencerində bir akauntu eyni zamanda dörd cihazda açıb işlətmək imkanı yaradan dəyişiklik hazırlanır.

KONKRET.az xəbər verir ki, bu barədə “Facebook” və “WhatsApp” rəhbərləri bildirib. Hazırda isə akaunt ikinci telefonda açıldıqda birincisində avtomatik olaraq bağlanır. Yeni funksiya iştirakçı telefonlardan biri söndükdə belə davam edəcək. Bununla yanaşı, “WhatsApp”-da ismarıcları bir dəfə oxuduqdan sonra avtomatik silən funksiya üzərində də çalışmalar davam edir. Həmçinin “silinən ismarıc” funksiyasını da artıq bütün çatlarda işə salmaq mümkün olacaq.

Yeni funksiyalar ilkin olaraq “WhatsApp”-ın beta versiyalarından birində tətbiq olunacaq, sonrakı mərhələdə bütün istifadəçilər üçün çatımlı olacaq. Həmçinin iPad tabletləri üçün də ayrıca versiya üzərində işlər getdiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*