Xaçmazda iki avtomobil toqquşdu, xəsarət alanlar varbackend

Xaçmazda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Xaçmaz rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Xaçmaz-Niyazabad avtomobil yolunda qeydə alınıb.

Beləki, “PRADO” markalı minik avtomobili qarşı tərəfdən hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri – 1995-cı il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qirbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə, həmçinin Bakı şəhər sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*