Xaricdən 1,3 manata gətirilən limon marketlərdə 3,8 manata satılır – 29% bahalaşıbbackend

Xaricdən 1,3 manata gətirilən limon marketlərdə 3,8 manata satılır - 29% bahalaşıb

Bu ilin yanvar ayı ilə müqayisədə ötən ay marketlərdə satılan limon 29% bahalanıb.

KONKRET.az xəbər verir ki, yanvar ayında limonun 1 kiloqramının orta qiyməti marketlərdə 2,9 manat olduğu halda, ötən ay 3,72 manata kimi bahalanıb.

Qeyd edək ki, bahalaşma həm yerli, həm də idxal limonun qiymətində müşahidə olunub. Son 7 ayda yerli limonun 1 kiloqramının orta qiyməti 2,74 manatdan 3,7 manata, idxal limonun 1 kiloqramının orta qiyməti isə 3,05 manatdan 3,8 manata yüksəlib.

Məlumat üçün bildirək ki, bu ilin ilk yarısında xarici ölkələrdən Azərbaycana 12 min 104 ton liman idxal edilib. Limon əsasən 2 ölkədən – Türkiyə və Cənubi Afrika Respublikasından gətirilib.

Türkiyəndən 10 min 229 ton, Cənubi Afrika Respublikasından isə 1 814 ton limon idxal olunub. Türkiyədən gətirilən limonun 1 kiloqramının orta gömrük dəyəri 1,3 manat, Cənubi Afrika Respublikasından gətirilən 1 kiloqramının orta gömrük dəyəri isə 2,1 manat olub.//Yeniavaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*