XİN-də iki yeni idarə yaradılıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyində aparılan struktur islahatları çərçivəsində “Birinci Avropa İdarəsi”, “İkinci Avropa İdarəsi”, “Şərqi Avropa və Mərkəzi Asiya İdarəsi” ləğv edilib.
Nazirlikdə yeni 2 idarə – “Avropa İdarəsi” və “Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi” təsis edilib.
Yeni yaradılan idarələrə nəzarət isə nazir müavini Xələf Xələfova tapşırılıb.
KONKRET.az
Mənbə: Xəbər lenti
