Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü – FOTObackend

Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb.

KONKRET.az xəbər verir ki, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb.

61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünün bəyənmədiyi pis davranışı olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadını saxlayıblar.

Qeyd edək ki, onun bu hadisəyə qədər heç bir cinayəti olmayıb. Bundan başqa, vətəndaş sosial şəbəkələrdə şübhə yarada biləcək heç bir şey dərc etməyib. Qadın damarları gücləndirən xalq üsullarını, sağlam onurğanın sirlərini abunəçiləri ilə bölüşüb, 100 yaşına qədər necə yaşamaq lazım olduğunu göstərən videolar yayımlayıb.

Onun barəsində azyaşlı uşağın öldürülməsi maddəsi ilə cinayət işi açılıb.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*