Zod mədəninin işçiləri ödənişsiz məzuniyyətə göndərildibackend

Zod mədəninin işçiləri ödənişsiz məzuniyyətə göndərildi

Hələ 2020-ci ilin dekabrında Vardenis bölgəsindəki Sotk(Zod) qızıl yatağının məhdud rejimdə işləyəcəyi məlum oldu. Nəticədə, mədənin keçmiş işçilərinin işsiz qalacağı ortaya çıxdı. “Azərbaycanlılar xəritələrlə gəldilər, əraziyə daxil oldular. Məlum oldu ki, bura da bizim deyil və mədən onlara təhvil verildi. Sonra şirkət bizə işdən çıxarıldığımızı, artıq işə getməyəcəyimizi göstərən bir sənəd verdi. İndi nə edəcəyik? Hər işçi 1 ailəni təmin edirdi. Uşaqlarımı necə yedizdirəcəyəm, nəylə çörək alacağam? Ermənistanın müxtəlif bölgələrindən yüzlərlə ailə bir tikə çörəyə möhtac qaldı”.

KONKRET.az xəbər verir ki, bu sətirlər dekabr ayından bəri işsiz qalan mədən işçilərindən birinin “Panorama.am”a yazdığı məktubdan götürülüb. Məktubda daha sonra deyilir:”Mədən Rusiyanın “GeoProMining” şirkəti tərəfindən idarə olunur. Şirkət iş ixtisarları barədə məlumat vermir. Əvvəllər şirkətdə 713 nəfər işləyirdi. Onlardan 268 nəfər ödənişsiz məzuniyyətə göndərildi. Qalan işçilərin taleyi barədə heç bir informasiyamız yoxdur”.

Məktubla əlaqədar “Panorama.am” olaraq şirkətlə əlaqə saxladılq. Bizə bildirildi ki: “Şirkətin bu il ərzində fəaliyyətini davam etdirib-etdirməyəcəyi məlum olacaq. Ona görə də yaxın günlər üçün konkret nəsə demək mümkün deyi.Ərazilərdən keçən sərhəd xəttlərinin dəqiqləşdirilməsi ilə bağlı işlər hələ başa çatmayıb. Bununla belə, mədəndə hasilat həcminin torpaq itkisi səbəbindən azaldığı açıqdır. Şirkət hələ nə qədər ərazinin itirildiyini və nə qədərinin qaldığını bilmir”.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*