Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə 8 universitetdə 10 yeni fakültə quruldu. 6 universitetdə isə 4 kollec və 5 fakültə bağlandı.
KONKRET.az türk mediasına istinadən xəbər verir ki, Prezidentin Sərəncamına görə, Bilecik Şeyh Edebali Universitetində stomatologiya, Fənərbaxça Universitetində əczaçılıq, Bayburt və Bingöl Universitetlərində idman elmləri, İşık Universitetində təbiət elmləri və iqtisadiyyat, İstanbul Gəlişim Universitetində tətbiqi elmlər, İstinye Universitetində Mühəndislik, Nevşehir Hacı Bektaş Vəli Universiteti İdman Elmləri Fakültələri quruldu.
Qərarla Bayburt və Bingöl Universitetlərinin bədən tərbiyəsi və idman, İşık Universitetində mühəndislik, incəsənət və elmlər, iqtisadiyyat və idarəetmə, İstanbul Gəlişim Universitetində tətbiqi elmlər, İstinye Universitetində mühəndislik və sənət, elmlər, Nevşehir Hacı Bektaş Vəli Universitetində idman elmləri və texnologiya fakültələri bağlandı.
İşıq Universiteti Rektorluğuna bağlı gözəl sənətlər, memarlıq və dizayn fakültələri İncəsənət, Dizayn və Memarlıq Fakültəsi adı altında birləşdirildi. İstanbul Texniki Universiteti Rektorluğu tərəfindən Albaniya Respublikasında bir akademik vahid yaradıldı.
Qərarların 2547 saylı Ali Təhsil Qanununun 39-cu maddəsinə və Ali Təhsil Təşkilatları haqqında 2809 saylı Qanununun 30-cu maddəsinə uyğun olaraq verildiyi bildirildi.