Ağcabədidəki qəzada həlak olan daha bir nəfərin meyiti tapıldıbackend

Ağcabədidəki qəzada həlak olan daha bir nəfərin meyiti tapıldı

Fevralın 28-i Ağcabədidə baş verən zəncirvari qəzada həlak olan daha bir şəxsin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, KIA markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Fəxri Rzayevin meyiti bu gün ərazidən tapılıb.

Xatırladaq ki, dünən baş verən qəzada beş nəfərin həlak olduğu bildirilmişdi. Qəza nəticəsində ölənlər 1990-cı il təvəllüdlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və Elbəy Mövsüm oğlu Aslanovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*