Ağır qəzada xəsarət alan Nurlan əsgər imiş – FOTObackend

Ağır qəzada xəsarət alan Nurlan əsgər imiş - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 1-i saat 18 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində “QAZ-53” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə  “VAZ”ın sürücüsü həlak olub, maşında olan 2 sərnişin isə yaralanıb.

KONKRET.az xəbər verir ki, qəzada ağır xəsarət alan 19 yaşlı Nurlan Azər oğlu Dəmirov əsgərdir. Daxili Qoşunların əsgəri olan gənc məzuniyyətdə olduğu vaxt ağır qəzaya düşüb.

Hadisə vaxtı “VAZ” markalı avtomobili idarə edən Nurlanın qardaşı 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən ölüb, avtomobildə olan digər sərnişin 35 yaşlı Müşviq Abbasov da Nurlan kimi ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*