AMEA-nın 5 institutunun direktoru vəzifələrinə təsdiqləndibackend

AMEA-nın 5 institutunun direktoru vəzifələrinə təsdiqləndi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

KONKRET.az-a AMEA-dan verilən məlumata görə, iclasda Rəyasət Heyətinin müvafiq qərarlarıyla AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Əsasnaməsi, həmçinin AMEA Rəyasət Heyəti aparatı İşlər İdarəsinin strukturunda edilmiş dəyişikliklər nəzərə alınmaqla İdarənin yeni strukturu və ştat vahidləri təsdiq edilib.

İclasda kadr məsələlərinə də baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə akademik Dilqəm Tağıyev akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, akademik Vaqif Fərzəliyev akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, müxbir üzv Bəxtiyar Məmmədov Polimer Materialları İnstitutunun, müxbir üzv Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, Natiq Mehdiyev isə AMEA Rəyasət Heyəti aparatının Xüsusi şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*