AMEA-nın daha bir struktur rəhbərindən Prezidentə şikayət edildi – ƏTRAFLIbackend

AMEA-nın daha bir struktur rəhbərindən Prezidentə şikayət edildi - ƏTRAFLI

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının bir qrup əməkdaşı Prezident İlham Əliyevə müraciət qəbul edib.

KONKRET.az həmin müraciəti təqdim edir:

“Hörmətli cənab Prezident!

Siz İkinci Qarabağ müharibəsində düşmən üzərində qələbə çalmaqla Azərbaycan xalqına sonsuz sevinc yaşatdınız. Lakin bütöv Azərbaycan naminə bir yumruq kimi birləşmiş xalqımıza qələbə sevinci yaşamağa imkan verməyən bir qrup  daxili düşmən tutduqları vəzifələrdən sui-istifadə edərək xalqın qürüruna toxunur, halal zəhməti ilə yaşayan Azərbaycan ailələrinə qarşı ədalətsiz qərarlar qəbul edir, bununla ölkənin qanunlarına meydan oxuyurlar. Söhbət AMEA-da “islahat” adı altında bəzi manqurtların öz halal zəhməti ilə dolanan, illərini fədəakarlıqla öz işinə həsr etmiş, Azərbaycan elminin keşiyində durmuş əməkdaşlara qarşı ədalətsiz qərarlar çıxaran işbazlardan gedir. Biz – AMEA-nın Mərkəz Elmi Kitabxanasının (MEK) əməkdaşları – yaranmış bu vəziyyətdən çıxış yolunu Sizə – daim ədalətin keşiyində duran, Azərbaycan xalqının ümid yeri olan Prezidentimizə müraciət etməkdə görürük.

Bildiririk ki, AMEA MEK-ə yeni təyin olunmuş direktor, ixtisası kitabxanaçılıq olmayan və bu işdən ümumiyyətlə xəbərsiz olan Məmməd Əliyev bir ilə yaxın müddətdə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə və bu vəziyyətdə insanların tutduqları vəzifədən əsassız ixtisar edilməsinin yolverilməz olduğuna baxmayaraq, bir çox azərbaycanlı ailəsini maddi sıxıntılar içində yaşamağa məhkum etmişdir.  “Müqavilənizin vaxtı bitmişdir”, “Mənə ixtisar et deyilmişdir, mən də edirəm” kimi bəhanələrlə ömrünün 30-40 ilini kitabxana işinə sərf etmiş mütəxəssisləri işdən kənarlaşdırması ilə fəxr edən Məmməd Əliyev dövlətçilik, azərbaycançılıq, kitabxana işinin inkişafı naminə deyil, AMEA rəhbərliyinin xoşuna gəlmək, boşalmış vəzifələrə yeni işçilər götürmək üçün hər cür addımlar atır.

Onun hər bir göstərişi MEK-də əvvəl qurulmuş müasir strukturu dağıtmağa xidmət edir. İllər əvvəl ixtisası kitabxanaçı olmadan bu vəzifəni tutmuş və qanunazidd işlər görmüş sələfinin yolu ilə gedən Məmməd Əliyev də kitabxananın otaqlarını icarəyə verərək özü üçün əlavə gəlir əldə edir. Məmməd Əliyevdən əvvəl qısa müddətdə MEK-in direktoru olmuş şəxs isə bütün bu qanunsuzluqları aşkara çıxartdığna, kitabxananın binasında qanunsuz yerləşdirilmiş obyektləri oradan uzaqlaşdırdığına görə AMEA-nın rəhbərliyinə xoş gəlməmiş və peşəkar kitabxanaçı olmasına baxmayaraq, tutduğu vəzifədən kənarlaşdırılmışdır.

Biz – uzun müddət bu kitabxanada yüksək olmayan əmək haqqı ilə, lakin vicdanla çalışan bir qrup əməkdaş yuxarıda sadaladığımız neqativ halların dövlətçiliyimizə, xalqımıza və elmimizə qarşı yönəldilmiş siyasət olduğunu yaxşı başa düşsək də, vəzifə səlayiyyətlərimiz çərçivəsində bu qanunsuzluğa qarşı tədbirlər görülməsinə nail ola bilməmişik. Elə bu səbəbdən müvafiq addımlar atılması üçün Sizə müraciət edirik.

Azərbaycan elminin təhqirə məruz qoyularaq naşı və rüşvətxor məmurların əlində oyuncağa çevrilməsini Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı yolverilməz hesab edirik. Bu məktub qanun pozuntusu ilə işdən uzaqlaşdırılmış, lakin səsi heç kimə çatmayan bir çox peşəkar kitabxanaçının harayıdır.

Ulu öndər Heydər Əliyev kitabxana işi haqqında qərar qəbul edrkən, şübhəsiz, xalqın ziyalı təbəqəsinə xidmət göstərən kitabxana işçilərinin rifahının yaxşılaşdırılmasını da nəzərə almışdı. Sizin də Azərbaycan elminə, Azərbaycan ziyalısına xidmət edən kitabxana işçilərinə hər cür kömək göstərilməsi, AMEA-nın Mərkəzi Elmi Kitabxasında baş verərən qanunsuzluqların, bu kitabxananın on illərlə orada işləmiş əmədaşlarına qarşı edilən ədalətsizliyin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə göstəriş verəcəyinizə ümid edirik”.

 

  • Ali
    Fevral 21, 2022 - 14:15

    Məmməd Ramiz Mehdiyevin kadırıdı. Rədd edilməlidi. Hələ Ramim mehdiyevden temizlənəsi cox adamlar var Akademiyada

  • Sevda
    Fevral 23, 2022 - 16:27

    Ayıb olsun bu şəri böhtanı atana, ağ yalandır! Məmməd müəllim kimi savadlı,mədəni ,ziyalı,işgüzar, Qarabağ fondunun yaradıcısı olan, hər bir əməkdaşını düşünən insana belə sözlərin deyilməsi heç bir gərçəkliyə uyğun deyildir!

  • KİTABXANAÇI
    Fevral 23, 2022 - 16:33

    Bu necə çirkin bir böhtandır, yazılanlar tamamilə əssasızdır. Heç bir qeyri qanuni işdən çıxarılmağa yol verilməmişdir. Mən Mek əməkdaşı olaraq Məmməd ƏIiyevə atılan bu böhtana təmamilə qarşıyam. Olduqca humanist olan Məmməd Əliyev işçilərlə də oxucularla da münasibəti çox yaxşıdır… Danışanda yazanda ALLAHLA DANIŞIN……..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*