Anar Bağırov COVID-19-dan vəfat edən büro rəhbərindən yazdı: “Onun son arzusu…”backend

Anar Bağırov COVID-19-dan vəfat edən büro rəhbərindən yazdı: "Onun son arzusu..."

Bu gün 22 saylı Vəkil Bürosunun sədri, tanınmış vəkil Tahir Əlirzayevin koronavirusdan vəfat etməsi barədə xəbər vermişdik.

KONKRET.az  xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov T.Əlirzayevin vəfatından yazıb. O qeyd edib:

“Bu statusu yazmaq mənim üçün çox çətindir, Kollegiyaya 3 ilə yaxın olan sədrliyim dövründə bu gün çox ağır hisslər, sarsıntı keçirirəm. Son dəfə Tahirlə srağagün danışmışam, Covid-19-dan xəstəxanada müalicə alırdı, həkimlərdən razılığını bildirirdi, ağır xəstəlik olduğunu qeyd etmişdi. Mənə video göndərdi və onu yaymağı xahiş etdi, ünvanladığı son arzusu isə gələcəkdə vəkillər üçün xüsusi klinikanın təsis edilməsi idi.

Həyatı sevirdi Tahir qardaşımız, dostcanlı, qohumcanlı idi, yaşamağı bacarırdı, həmişə poziti və gülərüz idi, vəkil adını uca tuturdu, pulsuz hüquqi yardım sahəsində ən çox fəallıq göstərən vəkil bürosunun rəhbəri idi.

Xeyirxah və qayğıkeş insan, qəlbimizdə həmişə cavan Tahirimiz, məkanın cənnət olsun,

Allah sənə qəni-qəni rəhmət eləsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*