“Azərbaycan istənilən məhkəmədə sübut edə bilər ki, Ermənistan işğalçıdır”backend

"Azərbaycan istənilən məhkəmədə sübut edə bilər ki, Ermənistan işğalçıdır"

Erməni bloger İşxan Verdiyan həmişə Ermənistanın işğalçılıq siyasətini pisləyib və buna görə də vətənində tənqidlərə məruz qalıb.

KONKRET.az xəbər verir ki, bloger növbəti dəfə Qarabağdan Ermənistana köçən ermənilərdən yazıb: “Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı erməni ideologiyası Ermənistan dövlətçiliyi üçün təhlükədir. Müəyyən sayda erməni Qarabağa qayıtsa, onlara Azərbaycan Prezidentinin səsləndirdiyi mədəni azadlıqlar verilsə, bütün Qarabağ tarixinin yalan üzərində qurulduğu üzə çıxacaq. Ermənistan Qarabağ münaqişəsini millətlərarası münaqişə kimi müəyyənləşdirib. Nəticə etibarilə əgər ermənilərin Azərbaycandakı etnik zülmü tezisi onların uğurlu reinteqrasiyası ilə məhv edilirsə, o zaman Azərbaycan istənilən məhkəmədə asanlıqla sübut edə bilər ki, münaqişənin başlanğıcından bu günə kimi Ermənistan işğalçıdır. Buna görə də Ermənistan reinteqrasiya cəhdlərinin qarşısını alır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*