Başqırdıstan prezidentinin ölkəni qarışdıran erməni həyat yoldaşı kimdir? – DOSYE+FOTOLARbackend

Başqırdıstan prezidentinin ölkəni qarışdıran erməni həyat yoldaşı kimdir? – DOSYE+FOTOLAR

Xəbər verdiyimiz kimi, fəaliyyəti ölkəsində etirazlara səbəb olmuş Başqırdıstan prezidenti Radiy Xabirovun həyat yoldaşı ermənidir. Elə etirazlara da ermənilərin respublikadakı özbaşınalıqları səbəb olub.

Maraqlıdır, Başqırdıstan prezidentinin ölkəni qarışdıran erməni həyat yoldaşı kimdir?

KONKRET.az Karine Vladimirovna Xabirova ilə bağlı faktları oxucularına təqdim edir.

Ərindən 20 yaş kiçik olan Karine Vladimirovna Xabirova ixtisasca həkimdir.

Uşaqlıq və gənclik

Karine Xabirova 9 dekabr 1982-ci ildə Maykopda anadan olub. O, milliyyətcə ermənidir. Karinenin qız familiyası Babayandır.

Gənc yaşlarında Karine Adıgeyin paytaxtında yaşayıb və 19 saylı liseydə oxuyub. Daha sonra Kuban Dövlət Tibb Universitetində ali təhsil alıb. 2006-cı ildə diş həkimi ixtisasına yiyələnib. Sonra Mərkəzi Stomatologiya İnstitutunun Üz-çənə cərrahiyyəsi kafedrasında internaturaya, sonra isə rezidenturaya daxil olub.

Karine Vladimirovna 2007-ci ildə Rusiya Ortodontistlər Assosiasiyasının üzvü olub. O, Moskvada Alman İmplantologiya Mərkəzində həkimlik təcrübəsi keçib.

Karinenin birinci əri stomotoloq Robert Avetisyan olub. Bu evlilikdən onun Artur adlı bir oğlu var.

2017-ci ildə Karine Moskvada o vaxt Krasnoqorsk şəhər dairəsinin rəhbəri olan Radiy Xabirovla tanış olub və onunla ailə qurub. Həmin il ikinci ərindən bir oğul dünyaya gətirib. Radiy Xabirova oğluna atasının adını qoyub – Fərit.

Cütlük Ufada yaşayır.

2021-ci ildə cütlüyün ikinci oğlu dünyaya gəlir – Taymer.

Karine nəhayət ermənilərin himayəçisi rolunda çıxış etməyə başlayıb. Belə ki,əri prezident seçildikdən bir il sonra sualtı tullanma üzrə idman ustası Şavarş Karapetyan Radiy Xabirovun bədən tərbiyəsi və idmanın inkişafı üzrə müşaviri təyin edilib.

İndi Başqırdıstan rəhbərinin həyat yoldaşı ictimai fəaliyyətlə məşğuldur. Karine Başqırdıstanda ilk hospitalın sahibidir.

Qeyd edək ki, 2019-cu ildə “Realnoe Vremya” nəşri Başqırdıstan Respublikasının ən nüfuzlu adamlarının reytinqini tərtib edib. Karine siyahıda 12-ci yeri tutub.

Karine 1997-ci ildə Ufada yaranan “Sevan” Erməni Milli-Mədəni Mərkəzinin ən güclü himayəçisi kimi tanınır. Karinenin qardaşının erməni “qanuni oğru” olduğu deyilir. O, bunu bütün cəhdlə gizlətməyə çalışır. Hər il Karinenin himayəsi ilə erməni maqnatlarının sponsorluğu hesabına Başqırdıstanda 24 aprel “Erməni soyqırımı qurbanlarının anım gününü unutmuruq” adlı tədbir təşkil edilir. Hazırda Ufada 25 min erməni yaşayır. Başqırdıstanın demək olar ki, bütün şəhərlərində ermənilər var.

Başqırdıstanda “Ararat” erməni futbol komandası da yaradılıb.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*