“Buça şəhərindəki təxribatın arxasında Britaniya dayanır, əlimizdə materiallar var” – LUKAŞENKObackend

"Buça şəhərindəki təxribatın arxasında Britaniya dayanır, əlimizdə materiallar var" - LUKAŞENKO

“Biz bu gün Vladimir Putinlə ingilislərin həyata keçirdiyi psixoloji xüsusi əməliyyatı müzakirə etdik. Ukraynanın Buça şəhərindəki təxribatın arxasında Britaniya dayanır”.

KONKRET.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Lukaşenko həmçinin qeyd edib ki, Belarus Buça əməliyyatına hazırlıqla bağlı araşdırma üçün materiallar təqdim edə bilər.

Qeyd edək ki, martın 31-də Kiyev vilayətinin Buça şəhəri Rusiya işğalından azad edilib. Şəhərə daxil olan Ukrayna hərbçiləri dəhşətli mənzərə ilə üzləşiblər. Məlumata görə, hərbçilər dinc sakinlərin əlləri arxadan bağlanılmış meyitlərini tapıblar. Onların bədənlərində işgəncə izləri aşkarlanıb. Ukrayna mediası bununla bağlı videogörüntülər yayıb. Rusiya ordusu Buçadan çıxarkən yaşayış məntəqəsinin hüdudları daxilində mülki tikililəri, infrastruktur obyektlərini və digər əraziləri minalayıb. Qətliamı ABŞ, Fransa, Almaniya və Avropa İttifaqı kəskin qınayıb. Ukrayna Prezidenti Volodimir Zelenski Buçadakı qətliamı genosid adlandırıb. ABŞ Prezidenti Bayden isə Buça qətliamının genosid yox, müharibə cinayəti olduğunu bildirib. Daha sonra isə Rusiya rəsmiləri isə Buça qətliamını təkzib edib və bunu ABŞ-ın oyunu adlandırıblar.

 

Vəsilə İbrahim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*