Cənab nazir, bu məktubu Sizə həmişə çox həssas yanaşdığınız, daim bütün məsələlərdə yanında olduğunuz jurnalistlərdən biri yazır. Məktubu açıq yazmaqda məqsədim bir dələduzun bütün əməllərini həm ifşa etmək, həm də başqa insanları da onun “qurbanına” çevrilməsinin qarşısını almaqdır.
Hörmətli Vilayət müəllim hamıya məlumdur ki, Siz Daxili İşlər Naziri postuna gələndən sonra ölkədə ictimai asayiş hər ötən gün daha da bərqərar olur, insanlar bütün çətinliklərdə polisə güvənir, problemlərinin həll edilməsində hüquq-mühafizə orqanlarına sığınır. Cənab nazir, yenə də sizin və hüquq-mühafizə orqanlarının operativliyinə və dəqiqliyinə güvənir və bu məsələdə Sizdən kömək gözləyirəm. Bir neçə gün əvvəl, daha dəqiq desəm, iyulun 18-də əvvəllər birlikdə işlədiyim Həsənov Mətin Canbulat oğlu birlikdə iş görmək adı ilə məndən 2000 manat, eyni gündə yenə 600 manat pul alaraq, bu ayın 20-də qaytaracağını bildirmiş, etibarımdan sui-istifadə edərək pullarımı mənimsəmişdir. İyulun 20-də pullarımı almaq üçün dəfələrlə adıçəkilən şəxsə zəng etsəm də indiyədək qarşı tərəfin nömrələrinə zəng çatmır. Maraqlananda isə adıçəkilən şəxsin aylardır eyni ssenari ilə bir çox insandan külli-miqdarda pul alıb, mənimsədiyini və qaytarmadığını öyrənmiş oldum.
Bu məlumatı öyrəndikdən sonra həmin şəxsin AMAY Ticarət Mərkəzinin parkovka hissəsində fəaliyyət göstərən “Carpolish Baku” adlı avtomobil təmizləmə mərkəzinə yollandım. Təbii ki, Mətini burda da tapmaq mümkün olmadı. Burada da onun barəsində heç də xoş olmayan məlumatlar verildi, başqa-başqa adamlardan külli-miqdarda pul aldığı və mənimsədiyini öyrəndim. Artıq tam əmin oldum ki, aldadılmışam. Cənab nazir, Milli Mətbuatın 149 illiyində Sizdən ən böyük hədiyyə bu dələdəzun tapılması, etibarımdan sui-istifadə edərək məndən aldığı pulu qaytarmasını təminn etməklə bağlı tapşırığınız olardı.
Hörmətli Vilayət müəllim, bütün varlığımla Sizin tapşırığınızla pulumun bu şəxsdən alınıb, mənə qaytarılacağı və problemin aradan qaldırılacağına kömək edəcəyinizə əminəm, əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, Asayis.Az portalının redaktoru Elmir Muradov. Əlaqə üçün şəxsi telefon nömrəm (070) 816 42 02. Həmçinin, pullarımı mənimsəmiş Mətnin də əlaqə nömrəsini qeyd edirəm. +994513046867

Salam cənab nazir size bildirirəm ki mən Manafov Babaşirin Asim oğlu 21 ay Daxili Qosunların sıralarında muddətli əsgər olaraq xidmət etmişəm xidmətmi başa vurduqdan sonra MAHHQ kimi işləməkdən ötrü 2 dəfə müraciyyət etmişəm lakin böyumun 174.5 olması ilə əlaqədar muraciətmi qəbul etməyiblər sizdən xahisim mənim muraciyətmə baxılmasına köməklik edəsiniz
Vilayət Eyvazov Cənablarına!
Yazıb sizə bildirirəm ki,07.09.2021 ci il tarixində təxminən günorta saatlarında idarə etdiyim Hundai HD 65 markalı yük avtomobili ilə Sahil qəsəbəsi adlanan ərazidə hərəkətdə olduğum zaman xidməti avtomobili olmayan polis kapitanı öz şəxsi avtomobili ilə məni təqib edərək mənim üçün qəza şəraiti yaratmış və məcburi saxlamışdır.Eyni zamanda mənim üçün qanunsuz olaraq cərimə tətbiq etmişdir! Cənab Nazir Sizdən xahiş edirəm ki, şikayətimi nəzərə alasınız, nə dərəcədə düzgün olub olmaması barəsində göstəriş verməyinizi sizdən xahiş edirəm!
salam Cənab .Vilayət Eyvazov Cənablar yazıb sizə bildirəm ki Xəzər rayon binə qəsəbəsi ərazisində yaşayıram 3 bölmə bizim şikayətimizə baxan yoxdu Mənim Qızımı sayda şantaj edilə 102 də verdik baxan yoxdu və 3 bölmədə Hüseyin məllim Telfonlarda qaldılmılar Cənab Nazir sizdən xayiş edrəm bizə göməkli kösdərəsiz bircə ümüdümüz Ali baş komanda İlham Əliyev Cənablarına dı Cənab Nazir ay 29 12 2024 tarixdən ərzədə vermişik ancaq baxan yoxdu bizə deyilər ki başını buraxın Necə buraxaq 18 yaşda olan qızımı şantaj edilə onu tapan yoxdu Cənab Nazir Ailəm adınan xahiş edirik bizə köməklik göstərəsiniz
Salam Cənab.Vilayət eyvazov Cənabları yazıb sizə bildirmək istəyirəm ki Suraxanı rayonu Hövsan qəsəbəsidə yaşayıram öz qonşum Namazov Cavidan Rövşən oğlu 8 9 ay bunan qabag mene qarşı deleduzduq etmiş iş adıyla menen 41 min Azerbaycan manati almış və menen suyuistifade etmiş aldatmış və geri qaytarmaq fikiri olmamışdı ve men bu hakda 102 məlumat xidmətinə yigidim ve ordan polis orqanına yaxınlaşmağımi dediler ve yaxınlasdim erzemi yazıb təqdim etdim və Namazov Cavidan Rövşən oğlunu bölmeye dəvət etdilər ordan istintaqa göndərildi lakin istintaqa sübutlarimla bir yerde matiralarim gondersemde öz həllini tapmamışdı.yazib sizdən xaiş edirəm ki müvafiq orqana əmr verərsiniz mən Əliyev samir mehemmed oğlunun işinə yenidən baxılsın və hak ədalət yerini tapsın.
Salam cənab Nazirimiz mən Gəncə vətandaşı Cəfərov ayxan arzu oğlu yazıb sizə bildirmək istəyirəm ki mən həbsdən yeni çıxmışam və islah olmuşam ama gənə də mən çölə adım atıb bir işlə məsqul ola bilmirəm yaslı bir tək xəstə anam var məni yenə həps etmek istəyirlər mən təmiz ola ola sizə yalvaram məni qəbul edin çox pis vezyet də qalmışıq sizdən başqa kömək istəyəcəyim bir şəxs qalmayıb cavab verməyinizi ümüdlə gözləyirəm gözəl Nazirim mənə kömək edin xaiş edirəm
Salam Cənab Nazir, yazıb sizə bildirmək isdəyirəm mən Nəsirov Pərviz Rasif oğlu, Masallı rayonu babaser kəndi,
Həsənov Niyaməddin tərəfindən qanunsuzluğa məruz qalmışam, mənim 3-13-16/1-N-12053/11/2025 saylı şikayətim təmin olunmur, Qusar rayonunda vətəndaş qəbuluna yazılmağ isdədim ama qəbula yazıla bilmədim, xahiş edirəm Həsənov Niyaməddin tərəfindən əzilmiş haqqımızı özümüzə qaytarasınız. İndidən sizə dərin minnətdarlığımı bildirirəm.
Men oglumun Polis Akadrmiyasinda oxumaq ucun sizden komek uateyirem
Salam Cənab Nazir mən Masalli Rayonu Qədrli kənd sakini Quliyev İlkin Fərail oğlu 40BP557 nömrəli Afdamabilmin cəriməsi olduğundan Masalli Rayon Dövlət yol polisi tərəfdən saxlanilmisam Afdamabilimi 28.11.2024 il tarixində Duyacaha qoyuldu mənim Maddi imkanım olmadığından Afdamabilimin cəriməsini ödəyə bilmirəm lakin Afdamabil durazagda dura dura hər 20 iyirmi gündən bir məni cərimə edilirlər yaxınlaşdım Masalli Rayon Polis Bölməsinə mənə səbəb kimi bildirdilər ki Sənin Afdamabilimin Texniki baxış bitib ona görə cərimə olnursan duracağa olan Afdamabili niyə cərimə edilər Xaiş edirəm mənə kömək Edəsiz
Salam Cənab Nazir,yazıb sizə bildirmək istəyirəm ki,5.08.2024 tarixində saat təxmini 22:45 radələrində idarə etdiyim Rent acar avtomobili ilə kia k7 2016 markalı avtomobillə toqqaşmışıq.Səhv ikitərəfli olduğu halda yalnızca mən günahlanıram və pravam məhkəmə əsasında 6aylıq əlimdən alındı.Məhkəmə zamanı video görüntünü Hakimə təqdim etdiyim halda baxmır və məni günahlandırır.Qarşı tərəf məni həbslə şantaj edir,5kişi üstümə hucuma gəlib və qarşı tərəfin atası maşını yoxlatmağa apardığım servisdə mənim ünvanımda şərəf və ləyaqətimi alçaldacaq sözlər işlədib,mənim qürürüm və mənliyimi alçaldıb amma əfsuslar olsun ki,bunu polisə sübut edəcək dəlillərim yoxdur.Mülki məhkəmə olacaq və məndən 40000azn məbləğində pul istəyir(maşının xəsarəti o məbləğ deyil)Dekabr ayından bugünə işləmirəm və iş tapa bilmirəm,atam yoxdur,anam ev təmizliklərinə gedir həftədə 1dəfə.Sizdən xaişim bu işə baxasınız bu qədər yük haqsız yerə üstümdə qalmamalıdır.Çox xaiş edirəm baxasınız.Təşəkkürlər.
Salam cənab nazir sentyabr ayından polis prokurorluk qapilarinda qalmisam deleduzluk yolu ile pulumu menimseyibler defelerle poliade olmusam hec bir tedbir görulmur araşdirilimir işe etinasız yanaşirlar. Melum şexsin ünvaninda tanıyırlar bilirler ancak bildiriblerki neynirsen pulu yoxdurha sene versin . Demekki polis öz menafeyin fikirlesir. Mende deyirem pulumu istemrem adam cezasın çeksin . Bakı seher prokurorlugund qebulda oldum onların göstərişine ragmən yenede laqeyd baxdılar xahiş edirem cənab nazirimiz menim mesajıma cavab veresiniz kömeklik edesiniz men tek anayam kirayede yaşayıram illerle yigib usaglarım üçun topladıgim pulumu menimseyibler xahiş edirem mene kömeklik edesiniz işime baxılsin .
Balaken rayonunda xirda sahibkarliqla meşğulam lakin polis iṣ̌çileri meni çox incidirler. Zibil muqavilem var ve her ay ödeniş edirem ancaq polis emekdaşi ünvanima 3defe qerezli şekilde elektron cerime gönderir men veziyeti izah etdiyim halda
Cənab VİLAYƏT EVAZOV MƏ 2 qarabağ qazisi bilalov iqbal cahid oğlu məni 2023 sənədlərimi bravala bağlı meronu rəsinə təqdim elədim və mənə 1000 manat pul istədi məni ona pulum olmadğma görə peni pravamı vermədi və cənab nazir heç harda iştəmrəm xəstə anam var 2 uşağ atasyam mənə köməlik göstərin siz çox gözəl nazrsiz ALLAH SİZİ QORSUN XAYIŞ EDRƏM MƏNƏ KÖMƏLİK GÖSTƏRƏSİZ ÇOX PİS VƏZYƏTƏYİK MƏNİ PRAVAMI VERSƏLƏ MƏNDƏ TAKSİ GÖTRÜB SRƏRƏM ALƏMİ DOLADRARAM ÜMİD YERMİZ SİSİZ
Cənab Vilayət Eyvazov! 2019-cu ildən Baku CİTY tikinti şirkəti başda Elxan Dadaşov olmaqla mənə və ailə üzvlərimə işgəncə verib evimnən və abyejtlərimi polisdərin vasitəsiylə mənə maddi və mənəvi ziyan vuraraq cixartdilar. Bu günə qədər mənə nə ev nədə kirə pulu verməyiblər. Cox xaiş edirəm mənim evlərimin verilməsində mənə köməklik edəsiniz.
Salam Cənab Nazir Vilayət Eyvazov.
Mən Amil Məmmədov 11.01.1989-cu ildə Naxçıvan Şəhəri Culfa rayonu xanəgah kəndində anadan olmuşam.
2014-ci ildə Atama Dövlət tərədindən 90-UT-656 naz lifan markalı aftomobil verilmişdir. Atam veteran olduğu üçün aftomobili sürmə davernusu ilə mənə vermişdir. 2019 cu ildə Atam aftomobili başqa adama davernusla verdi. 2020 cildə Atam dünyasın dəyişdi. Mən aftomobili sürmədiyim halda mənim adıma 1268 azn cərimə gəlmişdir. Bugünkü gündə pravamın vaxtı qutarıb dəyişə bilmirəm. Cənab Nazir sizdən köməklik göstərməyinizi xaiş edirəm.
Salam Cənab Nazir Vilayət Eyvazov.
Mən Cəferova Nuranə yoldaşım Cəfərov Əbülfəzin yolda qarışdığı davaya görə Abşeron rayon polis idarəsində bizdən istənilən 8000 rüşvətə görə Vəkil tutmaq qəraıina gəldim. Ortaq tanışımız vasitəsilə ilə Əliyev Ramin Ismayil oğlu ilə tanış olduq . Dələduz bizə vəsiqəsini hətta işlədiyi hüquq bürosuna kimi aparib göstərdi. Yardimçısı kimidə Könül Yaqubovani bizə təqdim etdi və nəticədə bizdən 2500 manat pul tələb etdi, biz pulu deleduzun kartina atdiq. Pulu ödedikdən sonra həmin şəxsə nə zəng catdi nədə bir xəbər cixdi. Sonradan öyrendik ki bu deleduz muxtelif adamlara bele deleduzluq edib turkiyeye qacib. Bu ilin aprel ayinda bu shexs qazaxistandan deportasiya edilib getirilib bakiya.aprelin 24 u Apellasiya mehkemesinde məhkəməsi oldu nə mən nə hec bir zərərcəkmiş prosesə buraxılmadı. Mehkeme bitdikden sonra deleduz serbest shekilde elini qolunu sallaya sallaya cixdi yaninda sabuncu rayon mustentiqi Vuqar Hadili ile bir yerde hamiya soz verdiki may ayinin 2 ine kimi ona mohlet verek o deyen ziyanin hamisini odeyecek. Artiq ustunden nece vaxt kecmesine baxmayaraq nece defe mustentiqle elaqe saxlamaga cehd eləsəmdə mənim zengime hec kim cavab vermir. Cənab Nazir Sizdən xahışım mənə dəyən ziyanın ödənilməsində mənə köməklik edəsınız.
Cenab Nazir 2022 ci ilde eliyev Ramin Ismayil oglu terefinden deleduzluga meruz qalmisam. 2500 manat pulum menimsenilib.Shexs bu il tutulub Bakiya getirilib .Sabuncu rayonundadir ish mustentiq Vuqar Hadi zerercekmishlere sebrli olmagi dedi size deyen ziyan odenilecek dedi ve may ayinin evveline kimi ya size pul verilecek yada ki deleduz hebs olunacaq.Netice Etibari ile ne bize deyen ziyan odenildi ne deki deleduz hebs edildi.Melumat almaq ucun mustentiqle elaqe saxlamaga nece defe cehd etdik zenglerimize cavab veren olmadi.Sizden xahishim huquqi bir dovletde bele hallarin aradan qalxmasinda bize komeklik etmeyinizdir.Xahish edirem mene deyen ziyanin odenilmesen de komeklik edesiniz.
Salam Cənab Nazir Vilayət Eyvazov Ramana gülçülük deyilən ərazidə şəxsi maşınımla11.06.2025 seher saatlarinda 09.00radelirindehərəkətdə olan zaman yol patrul əməkdaşı BMW marka 99 YP 261 Murad adlı yol polisi menim qarşımı kəsərək dərhal meni sərxoşluq müayinəsindən keçirdi və Mene şer ataraq içkili olduğunu bildirdi men ise heç vaxt içki icmediyimi dedim bu zaman meni narkoloji muaineye apardı orda analiz verdim dedi spirt çıxmadı sen narkotik istifadecisisen men buna etiraz etməyimə baxmayaraq menim masinimi cerime meydançasına qoydu ve özümü Zabrat qayisi deyilen yer gedirdi ve orda mene öz dediyi kimi izzahati yazdırdı ve imza atdirdi sora dedi həcne edə bilməssən izzhatin var burda get 3min AZN gətir işini Hell edim men ise yoxdu dedim ve ordan çıxdım sonra öyrəndim ki Yasamalda narkoloji muaineye mərkəzi var seher tezden yani 12.06.2025 14.00da narkoloji muaineye olundum və narkotik istifadəçisi olmadığıma dair mene sənət verdiler ve bu gün Yani 16.06.2025 ci il Zabrat qayisina getdim Mene cərimə yazmışdılar 600manat onu sildiler meni sürücülük hüququndan məhrum etdilər 1illik sizdən xaiş edirəm yol polisinin özbaşınalığına lazımi tədbir görün ve menim sürücülük hüququmu bərpa etdirmeynizi emir edəsiniz sizdən xaiş edirəm
SAlAM Cenab Nazir Vilayet Eyvazov.Size yazib bildirmek isteyiremki Men Abbasova Gunel Medet qizi 1 ay 16 gun bundan once Gunay Humbetova adli xanim menden heftelik 30% faiz artimla saç satişı ishine kreditor olmagimin qarsisinda pulumu menimsemisdir.Ved etdiyi bu hefteye qeder olan faizle hal hazirda mene 25 min azerbaycan manati vermelidi,yigdigda pulumu teleb etdikde -sabah odeyirem,2 gune odeyirem diye diye 3 heftedi aldadir meni.Dediyine gore bandizim 4 hefte once aparib qanunsuz iş gorduyu üçün ve butun pulunu ora verib diye verecek pulu yoxdur mene hal hazirda.Meni kimi basqalarininda pulunu menimseyib.Tek guvenim sizleredi,mene komek gosterin.Elaqe nomremi qeyd edirem:+994 502011647
Pulumu menimseyen Gunay Humbetovanin elaqe nomresi: +994 55 970 62 32
Salam Cənab Nazir Vilayət Eyvazov bir neçə ay bundan öncə mənə məxsus olan saipa saina 77MC832 dövlət qeydiyyat nişanlı avtomobilimi usdaya təmir üçün vermişdim ve həmin usda menim avtomobilimden 500 manat dəyərində ehdiyyat hissesini ogurlayaraq satmisdir mən dərhal 102 qaynar xəttinə məlumat verdim Abşeron rayonu polis idarəsində izahat yazdım ve buna baxmayaraq bu ise laqeyid yanaşılır baxılmır sizdən xaiş edirəm mənə köməklik gosderesiz
Əlaqə nömrəm 070-663-30-48
Salam cənab nazir VİLAYƏT EYVAZOV menim sizden bir xaişim var.mən tovuz döyüşlerindede iştirak edmisem polise düzelmey isdeyirem sizin desdeyiniz olsa çox sevinerem.boy 1.80 idmanla meşğulam.önceden təşəkkür edirem.
Əlaqe nömrem 055.486.41.25 DƏMİROV AYAZ
Salam Cənab Nazir Vilayət Eyvazov
Mən, Ayhan Alşanov bildirirəm ki, 30.07.2025-ci il, saat təxminən 23:00 radələrində, Bakı şəhəri, Sahil metrosu yaxınlığında mənə məxsus olan 77 RK 659 dövlət qeydiyyat nişanlı avtomobil Yasamal Rayon Yol Patrul Xidməti əməkdaşı tərəfindən qanunsuz şəkildə saxlanılmışdır.
Hadisə Yasamal rayonu ərazisində deyil, Səbail rayonu ərazisində — Sahil metrosu yaxınlığında baş vermişdir. Bu isə Yasamal RPİ əməkdaşının ərazi səlahiyyətlərini aşaraq digər inzibati rayona müdaxiləsi və qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri pozması deməkdir.
Avtomobilimin saxlanılmasına dair heç bir hüquqi əsas, protokol, qərar və ya sənəd mənə təqdim edilməmişdir. DYP əməkdaşı yalnız bildirmişdir ki, nəqliyyat vasitəm duracağa aparılacaq və mənə səhər Bakı şəhər Yol Polisi İdarəsinin 105-ci otağına müraciət etməyimi tapşırmışdır.
Lakin qeyd olunan duracaq dövlətə məxsus deyil, əksinə polis əməkdaşlarının şəxsi maraqlarına xidmət edən özəl duracaq olmuşdur. Avtomobilim hüquqi əsas olmadan və mülkiyyətçi kimi mənim razılığımdan kənar olaraq həmin yerə aparılmış və indiyədək azad olunmamışdır.
Bu, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququnun kobud şəkildə pozulması, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 122, 123, 124 və 125-ci maddələrinin tələblərinin ciddi şəkildə tapdanmasıdır.
Səhəri gün (31.07.2025) mən Bakı Şəhər Yol Polisi İdarəsinin 105-ci otağına yaxınlaşdım. Orada da mənə heç bir hüquqi sənəd və izahat təqdim edilməmiş, əksinə “300 nömrəli şəxslə razılaş”, onun razılığı olmadan maşının buraxılmayacağı bildirildi. Həmçinin, telefon nömrəm götürülərək “zəng edəcəyik” deyilmiş, lakin artıq 8 gün keçməsinə baxmayaraq, mənim nəqliyyat vasitəm qaytarılmamış və heç bir rəsmi cavab verilməmişdir.
Sonuncu dəfə 06.08.2025 tarixində yenidən 105-ci otağa yaxınlaşdım, orada “Aslan” adlı bir polis əməkdaşı mənə açıq şəkildə avtomobilin buraxılmayacağını bildirdi.
Bu cür münasibət nəticəsində fiziki və mənəvi təzyiqə, eyni zamanda qanunsuz girovluğa məruz qalmışam. Bu, mülki hüquqlarımın, sərbəst hərəkət hüququmun və şəxsi əmlak hüququmun pozulmasıdır.
Bu əsaslarla tələb edirəm:
1. Mənə məxsus olan 77 RK 659 qeydiyyat nişanlı avtomobilin dərhal azad olunaraq öz sahibinə təhvil verilməsi;
2. Avtomobilin qanunsuz olaraq özəl duracağa aparılması və girov saxlanılması faktının araşdırılması;
3. Bu qanunsuz əməli törətmiş DYP əməkdaşlarının və onlara havadarlıq edən şəxslərin hüquqi məsuliyyətə cəlb olunması;
4. Bu müddət ərzində avtomobilin saxlanılması nəticəsində yaranmış maddi və mənəvi ziyanın ödənilməsi məsələsinə hüquqi qiymət verilməsi.
Əks halda, bu məsələni Azərbaycan Respublikası Baş Prokurorluğuna, Ombudsman Aparatına, Kütləvi İnformasiya Vasitələrinə və müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına çıxaracağımı bildirirəm.
Hörmətlə,
Ayhan Alşanov
Menim Edaletli Nazirim Vilayet Eyvazov men Sizden çox razıyam Allah Sizin ömrünüzü uzun elesin Siz menim elil övlatlarıma kömeklik elemisiniz men Sizden çox razıyam Size qurban olum menim Edaletli Nazirim
Cenab Nazir Allah Sizin canınızı sağ ömrünüzü uzun elesin Siz menim elil övlatlarıma kömeklik elemisiniz Allah Sizden hemişe razı olsun
Menim Edaletli Nazirim Allah Sizin canınızı sağ ömrünüzü uzun elesin Size yazan Ağdamnan Sefiyarova İlahedir Size qurban olum Siz menim iki elil övlatlarıma kömeklik elemisiniz menim lal kar şizafirena xesdesi övlatlarıma kömeklik elediniz ömrümün axırına kimi Size Allahdan can sağlığı arzu eliyecem Azerbaycanda hüquqları tafdalanan her bir vetendaşa kömeklik eliyirsiniz menim Edaletli Nazirim Vilayet Eyvazov Allah Sizin canınızı hemişe sağ elesin men Sizden çox razıyam
Menim Edaletli Nazirim Vilayet Eyvazova mektub Cenab Nazir men Sefiyarova İlahe Mezahir qızı Ağdam Rayon zengişalı kendinde yaşıyıram üç övladım var ikisi elildir oğlum yusif ağır dereceli Lal kar eqli fiziki inkişafdan geri qalıfdır her iki böyrek inkişafdan dayanıfdır Beyimtede işleyen Elsever mellim ve Leyla Xanım Allah kömekleri olsun menim oğluma eşitme aparatı ve aparatın daşını vermişdirler aparatın daşı qutarıfdır 10 gündür qulağına qoymuram her gün ağlayır ki qoyum qulağına başa sala bilmirem ki daşı yoxdur her gün ağlayır ayle veziyetimiz çox ağırdı yoldaşım ciyer böyrek xesdesidir çox ağırdı veziyetimiz Size qurban olum yetim qızam bedbext bir qadınam Sizden xayiş eliyirem mene kömeklik eliyin çox çaresizem aparatı var daş almağa pulum yoxdur ki aparata daş alım kimnen borc isdedim vermedirler Son ümüdüm Sizedir Cenab Nazir Siz menim iki elil övlatlarıma kömeklik elemişdiniz Allah Sizden razı olsun ümüdüm Sizedir 050 436 19 18
Men Cənab Vilayət Eyvazov beyden bir xaisim var men Tibliski prospekti Heydər ƏLİYEV adına idman sarayınin arxasında itle gezirdim iki polis zabiti meni saxladi mulki maşınla itin ağzında qoruyucu olmadan gezilmesine görə mən ise itin yaşı olmadigini ve cekisinin az oldugunu dedim menimle pis refdar etdiler ve çevik alay polisi çağırıb meni maşına mindirib apardılar ve bir müddət sonra geri qaytardilar mənimlə doveltin bir vətəndaşı olaraq yox bir cinayətkar kimi davranırdı özü üçün qiraqda çəkiliş aparib ve zeyif sesle danisirdi sizden xaiş edirəm mende bu ölkənin bir vətəndaşı kimi men azad ve müstəqil ölkəde yaşayıram ve bütün qanunlarına uyğun hereket edrem bunlar menimle bu cür davranış sergilemelidirler ki meyer men 102 ile elaqe saxladim ve onlar menden polis zabitinin adin soruşanda men bunlardan soruşdum mene cavab vermediler ve menden sikayeti geri goturməyimi isdediler
Salam Size Yazib Bildiriremki Men Defelerle DYP idaresine Elektron Mektublar Yaziram Gonderirem Sexsen Ozum Gedirem idareye Menim Sikayetime Duzgun Qerar Verilmir Gunu Gunen Yuvadilar Herdefe Deyiler Yaxsi Olacaq Hecde yaxsii olmur Qanunsuz Pratkolarim Variydi Mecburiyetden Odedim Cermemii Xayis Edirem Bu Mesele Cidii Sekildee Arasdirilsin
Salam
Salam cenab nazir Vilayet Eyvazov bu gun doveletimin verdiyi palkovnik leytinat terefinen doyulmusem ozumde ayleliyem 2 usaqim var olari dusunerek ozumu ve doveltimin verdiyi formaya gore onun paqonuna gore sanli aypara nisanina gore onun qabaqinda bas eydim amma bas eydikce meni burdu burnum ciynim cene sahem zedelendi doveltimin formasina hormetsizlik etmediyim derecede meni qadinlarin ve usaqlarin yaninda sexsiyetimi alacadilar dovletime ve onun formasina hormetsizlik etmedim edmeremde amma dovletim ona verilen palkovnik leytinat vezifesinen formasinan isdifade ederek menim insaliqimi alcadalaraq mene kelle yumur sille vurdu familyasi sixaliyev formasi polis rutbesi palkovnik leytinat xais edirem mu mesele baxasiz
Məktub
Hörmətli, Cənab Nazir!
Sizin rəhbərlik etdiyiniz Daxili İşlər Nazirliyi, daima Azərbaycan xalqının təhlükəsizliyinin keşiyindədir və Ölkəmizdə yaradılan daxili sabitlik bilavasitə polis orqanlarının sayıqlığı sayəsində tənzimlənir.
Qüc strukturları arasında, rəhbərlik etdiyiniz Nazirliyin fəaliyyətinin, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirildiyinin və xüsusi önəm verildiyinin dəfələrlə şahidi olmuşuq. Buna görə də bütün Azərbaycan xalğı kimi bizim ailəmiz, yaxınlarımız Sizinlə fəxr edirik və bir qrup cinayətkar tərəfindən məruz qaldığımız problemin həllində Sizin köməyinizə arxalanırıq.
Bildirirəm ki, ailə üzvülərimlə birlikdə 1988-ci ildə məlum hadisələrlə əlaqədar, Erməni qəsibkarlarının törətdiyi vəhşiliklərin qurbanı olaraq, Ermənistan Respublikasından qacqın düşərək, məcburi şəkildə ata-baba yurdunu tərk edib, Bakı şəhərinə pənah gətirmişik və bir müddət qohumlarımızın himayəsində yaşamışıq.
Sonradan Azərbaycan xalqının qəlbində həmişə yaşayan, Ulu Öndər, Azərbaycan Respublikasının Prezidenti, Cənab Heydər Əliyevin imzaladığı “Ermənistan Respublikasından qaçqın düşmüş” vətəndaşların yerləşdirilməsi haqqında fərman əsasında, Yasamal Rayonunun Şəfayət Metiyev küçəsi ev-271 mənzil-5 ünvanında yeni mənzillə təmin olunmuşuq.
Göstərilən bu qayğya və dayağa görə, hər an Ulu öndər Hydər Əliyevin ruhunun qarşısında baş əyirik, dualarımızı əsirgəməyirik, onun varisi olan Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin qayğısını daima öz üzərimizdə hiss edirik, Onun ideyalarına, yürütdüyü siyasi kursa sadiqliyimizi hər yerdə bəyan edirk.
Amma Ulu Öndərin və onun varisi olan Prezident cənab İlham Əliyevin Azərbaycan xalqına, onun həssas hissəsi olan qaçqın və məcburi köçkünlərə göstərdiyi qayğı və köməyin səbəblərini anlamayan və reallaşdırılan bu müqəddəs işlərə kölgə salmağa çalışan, bundan öz iyrənc məqsədləri üçün istifadə etməyə can atan bir qrup dələduz və düşmən mövqe tutan insanlar da mövcuddur.
Belə ki, Ulu öndər Hydər Əliyevin sərəncamı əsasında, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən bizə verilən (Yasamal Rayonunun Şəfayət Metiyev küçəsi 271 ünvanında yerləşən) evin, ayrı-ayrı çinayət işlərində adı hallanan İlham Heydər Baba oğlu və bir qrup cinayətkar insanlar tərəfindən, dələduzluq yolu ilə, ələ keçirilməsi təhlükəsi qarşısında qalmışıq.
Bildirirəm ki, 2022-ci ilin oktyabr ayında qızım Səbinənin xəstəliyinin (bud-çanaq displaziyasının, skalioza səbəb olması) kəskinləşməsi ilə əlaqədar olaraq əməliyyata ehtiyac olduğundan, ailəmin və qaynımın külli miqdarda borcmuzun yarandığından, maddi çətinliyə düşdüyümüz üçün, Ulu öndər Hydər Əliyevin fərmanı əsasında bizə verilən, faktiki yaşadığımız evi banka girov qoyaraq, pul götürb qızımı Türküyədə əməliyat etdirmək qərarına gəlmişdik. Böyük miqdarda pul götürmək üçün, ailə üzvülərimizin bank hesabının və biznes fəaliyyətinin olmadığından, bu işdə Bakıda yaşayan və bizneslə məşqul olan qohumum Ramiz və Əmirə müraciət edərək, bizə köməklik göstərmələrini xahiş etmişdik. Onların bank hesabları və biznesləri var idi. Həmin şəxslər maraqlanaraq bizə bildirdilər ki, bankdan 10 – 12%-lə kreditin götürülməsi mümkündür və bizə kömək edə bilərlər.
Bir müddət sonra, Noyabr ayında qaynım Qalib, tələbə yoldaşı İlham Heydər Baba oğlu ilə danışdığını və onun bu işdə bizə kömək edəcəyini bildirdi. O, bizə izah etdi ki, İlhamın “Xalq bank”-la işləyən və biznes fəaliyyəti ilə məşqul olan yaxın tanışı var. Onun vasitəsi ilə, sərfəli faizlə (6%) evi girov qoyaraq kredit götürə bilərik (sonradan məlum oldu ki, İlham bizi aldadıb). Qızımın xəstəliyinin kəskinləşdiyindən, bank faizinin 10% deyil, 6% olduğundan və İlhamı əvvəlcədən qaynımın dostu kimi tanıdığımızdan, mən və ailə üzvülərim razılaşmaq məcburiyyətində qaldıq.
Sənədləşmə işi başa çatdıqdan sonra, Dekabr ayının 1-də saat 9-da İlham taksi ilə bizim evə gəldi və yoldaşəmla birlikdə “Xalq Bank”-dan pulu götürməyə getdilər. Əvvəlcədən razılaşdığımıza görə yoldaşım və İlham pulu götürüb, bizə gəlməli idilər. Amma evə yoldaşım tək qayıtdaraq, bütün sənədlərə imza çəkdiyini, İlhamın ona artıq sənin gözləməyinə ehtiyac yoxdur, pulları özüm gətirib evdə sizə təqdim edəcəm dediyini bildirdi.
Həmin andan 4-ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu günə qədər İlham mənə, ailə üzvülərimə və qaynım Qalibə heç bir pul vermır, bankın pulunu ödəmir, telefonlarımıza cavab vermir, müxtəlif bəhanələrlə bizi aldadır. Sonradan məlum oldu ki, bankdan kredit İlhamın bizə dediyi kimi 6%-lə deyil, 12%-lə götürülmüş və bizə məlum olmayan yollarla nəğdiləşdirilərək İlham və onun əlbir olduğu qrup tərəfindən mənimsənilmişdir. Qaynım Qalib bankın pulunu necə ödədiyini görəndə ürəyim ağrıyır. O, qohumlardan və digər banklardan külli miqdarda pul götürərək evin borcunu ödəyir və çıxılmaz vəziyyətə düşmüşdür. Qaynımdan soruşduqda isə onun psixologiyasında pozğunluqların olduğunu hiss edirik. O, yalnız İlhamdan pulu ala bilmədiyini və Baş Prokurorluğa müraciət etdiklərini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin178.3.2-ci maddəsi ilə 262006022 nömrəli cinayət işi başladıldığını və istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Xətai rayon polis idarəsinə göndərildiyini deyir.
İlhamın tanıdığımız kəndliləri ilə bu hadisə barədə söhbət edərkən və qohumları ilə danışarkən, siz pis yerə ilişibsiniz, pulu almaq üçün ona heç bir vasitə ilə təsir edə bilməyəcəksiniz deyirlər. O, Müdafiə Nazirliyində məsul vəzifədə işləyir, geniş ətrafı və əlaqələri var deyirlər.
Bütün bunlardan əlavə kəndlilərinin dediyinə görə İlham 1998-cı illərin sonunda böyük rezonans doğuran və üzvülərinin 8-i tutularaq cinayətə cəlb olunmuş, Laçın rayonunun Minkənd kəndindən olan talançı, oğru qrupun üzvü olmuş və 5 il axtarışda olduqdan sonra, 2003-cü ildə tutularaq cinayətə cəlb olunmuş, cinayətkar əlaqələrindən istifadə edərək bəraət almışdır və sonradan məlum olmayan yolla, qanunsuz olaraq Müdafiə Nazirliyində məsul işə düzəlmişdir (dəqiq məlumat). Bundan sonra İlham digər cinayət əməli törətmiş və bəraət almışdır.
Mən və ailə üzvülərim, İlhamdan etdikləri barədə Hüquq-Mühafizə orqanlarına müraciət olunacaq dedikdə isə, Məni heç Ramil Usubov (keçmiş Daxili İşlər Naziri, hazırda Təhlükəsizlik Şürasınn sədri) tutdurmaq istədi və tutdura bilmədi, mən cibimdə iki cinayət işi gəzdirirəm, indi kiminsə məni tutması gülməlidir deyirək bizi ələ salır və bununla özgüvənini dahada artırır.
Kəndlilərinin deməsinə görə (dəqiq məlumat) İlhamın, çox geniş imkanlara və onu qoruma qabiliyyətinə malik olan, əvvllər Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövürdə, Xızı rayonunda polis rəisi vəzifəsində işləmiş, İsmayıl adlı qohumu və onun vasitəsi ilə tanış olduğu advokatı var. Etdikləri iyrənc əməlləri onların vasitəsilə Yuxarı dövlət distansiyalarına yalanlar yazmaqla, saxta don geydirməklə, insanları şərləməklə ört-bastır edir və əldə olunan pulları öz aralarında bölürlər.
Amma İlham yenə də qohumu İsmayıl və advokatı ilə biurlıikdə, iyrənc əməllərinə don geydirmək məqsədi ilə, atasının və digər şəxslərin adından istifadə edərək, yalandan insanlara böhtan atmaqla, əməllərinə don geydirmək üçün Prezident Apparatına, digər güc strukturlarına, dövlət orqanlarına yalan və böhtanlarla dolu məktublar yazır, törətdiyi əməlləri ört-bastır etməyə çalışır.
Xahiş edirəm, deyilənləri nəzərə alaraq bu vəhşiləşmiş və dişi qana batmış vəhşı qrupu dayandırasınız. Mən əminəm ki, Azərbaycanın Respublikasının Daxili İşlər Nazirliyi orqanları bunu dayandırmaq gücündədir.
Yuxarıda qed olunanların heç biri nəyinsə xatirinə və şər yaxma məqsədi ilə yazılmır və hamısı dəqiq faktlara əsaslanır. Qeyd olunanların hamısı araşdırılsın və yalan olduğu təqdirdə, mən qanunun tələblərinə uyğun olaraq özüm cinayət məsiliyyəti daşımağa hazıram.
Kəndlilərinin deməsinə görə, hazırda bu insan, dövlət və dövlətçiliyimizin əksinə fəaliyyət göstərən Vəhabi qrupunun üzvülərindəndir, hərəkətləri cəmiyyət arasında dinə və dövlətçiləyə zərər gətirir. Dələduzluq yolu ilə əldə etdiyi pulların pis məqsədlərlə istifadə etməsi şübhə doğurmur. Bu insan etdiklərini planlaşdırır, insanların zəif yerlərini tutur və hərəkət edir. Müdafiə Nazirliyində İşlədiyi müddət ərzində bir neçə dəfə rüşvət almaqda və qanunsuz hərəkətlər etməkdə günahkar olsada, çox mahirliklə özünü müdafiə edə bilmişdir.
Mənim və ailə üzvülərimin məqsədi evimizi girov qoyaraq, qohumlarımın, qardaşlarımın və qaynımın köməyi ilə qızımı müalicə etdirmək və məlum səbəbə görə aldığım borclarımı qaytarmaq olmuşdur. İlhamın, yoldaşımın və qaynım Qalibin etibarından istifadə edərək, mənə və ailə üzvülərimə qarşı etdiyi bu dələduzluq əməlləri ucbatından isə ailəmiz hazırda müxtəlif banklara və fərdi şəxslərə böyük məbləğdə borclu qalmış, çıxılmaz vəziyyətə düşmüşdür və Ulu Öndər Heydər Əliyevin verdiyi evi itirmək ərəfəsindəyik.
Yuxarıda qeyd etdiyim və məruz qaldığım haqsızlıqlara, mənə və ailə üzvülərimə qarşı edilən dələduzluq əməllərinə və real faktlara əsaslanaraq, müraciət edərək bildirirəm ki, Heydər İlham Baba oğlu bu yaşımızda məni, ailə üzvülərimi çıxılmaz maddi duruma salıb, aldadıb, etibarımızdan sui istifadə edib, bizə külli miqdarda bərpası mümkün olmayan maddi ziyan vurub. Vurduğu mənəvi ziyan isə mən və ailə üzvülərimi çıxılmaz duruma salıb, qaynımın psixoloji problemləri yaranıb, işlədiyi məsul işdən kənarlaşaraq özünə qapanıb, depressiv hallar keçirir. Bu isə ailələrarası, nəsillərarası xoşagəlməz hallara gətirib çıxara bilər.
Cənab Nazir!
Bir qadın, bir ana olraq bilavasitə Sizdən xahiş edirəm ki, Baş Prokurorluqda İlham Heydər Baba oğlu barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başladılmış və Bakı şəhəri Xətai royon polis İdarəsində istintaqı davam etdirilən 262006022 nömrəli cinayət işini öz nəzarətinizə götürəsiniz və İlham tərəfindən törədilən, bir neçə ailəni çıxılmaz vəziyyətə salan bu qanunsuz hərəkətlərə hüquqi qiymətin verilməsi üçün aidiyyatı məsul şəxslərə göstərişlərinizi verəsiniz.
İmza: Dürdanə Həsənova
Cənab nazir Vilayyət Eyvazov sizin qəbulunuzda oldum mənə qarşı dələduzluq faktını dinlədiniz və göstəriş verdiniz lakin 8 aydı məsələ həllini tapmayıb. Artıq dərəcədə xahiş edirəm məni qəbul edəsiniz. 050 475 7950
Hörmətli Vilayət Eyvazov!
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli fəaliyyətinizdə daim uğurlar arzulayıram.
Vətənə və dövlətə xidmət yolunda məsuliyyətli fəaliyyətiniz, qanunun aliliyinin qorunması naminə gördüyünüz işlər hər zaman yüksək qiymətləndirilir. Uca Allah Sizə güc, qüvvət, sağlamlıq və yeni nailiyyətlər nəsib etsin.
Ad gününüz mübarək olsun! Allah Sizi qorusun, ömrünüz bərəkətli, yolunuz daim açıq olsun.
Salam Hörmetli Baș Nazirimiz Vilayet m.Men 46 yaşinda Ankeloji xeste tenha qadinam.Men ișe yararsizam ayagim yerimir ellerim wiwir size qurban olum mene maddi komek edin yalvariram size Cenab Nazirimiz.