Erməni oliqarx dünyaya mesaj verdi: “Türkiyənin qarşısı qətiyyətlə alınmalıdır” – FOTObackend

Erməni oliqarx dünyaya mesaj verdi: “Türkiyənin qarşısı qətiyyətlə alınmalıdır” - FOTO

KONKRET.az xəbər verir ki, “Çiçəklənən Ermənistan” Partiyası Türkiyənin Suriyanın şimal-şərqinə hərbi hücumunu qəti şəkildə pisləyən bəyanat yayıb. Bəyanatda deyilir: Mövcud vəziyyət bölgəmizin təhlükəsizliyinə böyük ziyan vura bilər. Suriyadakı təhlükəli vəziyyətdən çox narahatıq və dost Suriya xalqına və orada yaşayan minlərlə soydaşımıza qeyd-şərtsiz dəstəyimizi və dəstəyimizi bildiririk. Beynəlxalq ictimaiyyət və qurumlar Türkiyənin kütləvi vəhşiliklərin və düşmənçilik əməliyyatlarının ən qısa müddətdə dayandırılmasının qarşısını almaq üçün əllərindən gələni etməlidirlər.

Qeyd edək ki, partiyanın əsası 2004-cü ildə qoyulub. Əsas ideologiyası liberal konservatizmdir. Partiya milli mənəvi dəyərlərin saxlanılmasını əsas tutaraq ailə, kilsə və dövlətçiliyə xüsusi əhəmiyyət verən siyasi təşkilatdır. Çiçəklənən Ermənistan hazırda Ermənistan Milli Məclisində 132 yerdən 26-nı tutur. Patiyanın sədri 63 yaşlı Qaqik Çarukyandır. O, 2003-cü ildən Milli Məclisin deputatıdır. Ermənistanın ən böyük oliqarxlarından hesab olunur. Yeri gəlmişkən Qaqik Çarukyan Azərbaycana “Qarabağ məsələsi bizim üçün çoxdan həll olunub. Artıq 30 ildir ki, Qarabağ müstəqil dövlətdir. İndi onun beynəlxalq aləmdə tatnınmasına ehtiyac var” açıqlamaları ilə çox yaxşı tanışdır.

Fadil PAŞAYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*