“Ermənistan rəhbərliyi üçün hər hansı mənəvi dəyər, etik qayda yoxdur” – Hikmət Hacıyevbackend

“Ermənistan rəhbərliyi üçün hər hansı mənəvi dəyər, etik qayda yoxdur” - Hikmət Hacıyev

“Dünyada son dövrlərdə baş vermiş hərbi əməliyyatlara baxsaq, demək olar ki, çox unikal hallardan biridir ki, 500 mindən artıq əhalisi olan şəhərə qarşı, o cümlədən insanların kompakt yaşadığı əraziyə ballistik, böyük gücə malik “SCUD” raketindən atəş açılıb”.

KONKRET.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

“Bu, onu göstərir ki, Ermənistanın siyasi- hərbi rəhbərliyinin qarşısında hər hansı bir mənəvi dəyər, hər hansı bir etik qayda, hər hansı dünya sivilizasiyasına xas olan baryerlər yoxdur”, – deyə H. Hacıyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*