Fransada “Maço baş nazir” debatı – ƏTRAFLIbackend

Fransada "Maço baş nazir" debatı - ƏTRAFLI

Fransa Baş naziri Qabriel Attalın bu ay keçiriləcək Avropa Parlamenti seçkilərində partiyasının qadın namizədi Valeri Hayerin qatıldığı proqram zamanı qəfil səhnəyə çıxması müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, seçkilərdə Fransa sağçılarının qalib gələcəyi gözlənilsə də, sorğulara görə hakim mərkəz-liberal İntibah partiyasının namizədi Hayer geri qalır.

Prezident Emmanuel Makronun da partiyası olan Renessansın seçki siyahısında ilk sırada olan Hayer France Info kanalının radio proqramına qatılıb. O seçki kampaniyasından danışarkən qəfildən səhnəyə Baş nazir Attal çıxıb. 35 yaşlı baş nazir əlində kağızlarla səhnəyə tullanaraq “Salam, üzr istəyirəm, sözünüzü kəsirəm” deyərək Valeri Hayeri təşviq etməsinin və gənclərə müraciət etməsinin vacib olduğunu qeyd edib.

Qadın siyasətçi çıxışını yarımçıq qoyub. Attal isə çıxışında iqlim dəyişikliyi ilə bağlı problemlərə diqqət çəkib. Aparıcının “Hayerin seçkidə alacağı səs nisbətindən narahatsınızmı?” sualına ifrat sağçıların yüksəlişinə işarə edən Attal “Avropadan narahatam” cavabını verib.

Bu arada Valeri Hayerin çıxışı sükutla dinləməsi diqqət çəkib. Fransa baş nazirinin bu addımı bəzi dairələrin “siyasətdə maxoizm” tənqidinə səbəb olub.

Solçu “İtaətsiz Fransa” partiyasından olan Manon Aubri Attalın videosunu “Qadınlara qarşı bilərəkdən hərəkət edərək kişilik kitabını yazdı” mesajı ilə paylaşıb.

Hayer isə sosial mediada Attala qarşı cinsiyyətçilik tənqidlərinə qarşı çıxıb və baş nazirin kampaniyasına verdiyi dəstəkdən məmnun olduğunu bildirib.

Açıqca homoseksual olan Attal yanvar ayında Makron tərəfindən təyin edildikdən sonra Fransanın ən gənc baş naziri olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*