Goranboyda 24 yaşlı qadın zəhərlənib.
KONKRET.az unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xoylu kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2001-ci il təvəllüdlü Xatirə Bayramova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gənc qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, X.Bayramova yaşadığı evdə pomidor turşusu yedikdən sonra zəhərlənib.
Zəhərlənmə ilə bağlı araşdırma aparılır.
