Göyçayda güclü yanğın: Yardımçı tikili kül oldubackend

Göyçayda güclü yanğın: Yardımçı tikili kül oldu

Göyçayda vətəndaşa məxsus yardımçı tikili yanıb.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1948-ci il təvəllüdlü Manafov Tofiq Ağaibrahim oğluna məxsus ümumi sahəsi 200 kv. metr olan tikili və içərisində olan xeyli sayda plastik yeşiklər yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Hazırda fakt araşdırılır.

78fd6ae8 2fc8 31f7 9279 9b6824cf2a45 850

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*