Güllələnən müəllimənin vəziyyəti açıqlandıbackend

Güllələnən müəllimənin vəziyyəti açıqlandı

Bakıda “İdrak” liseyində şagird tərəfindən güllələnən müəllimənin vəziyyəti açıqlanıb.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki ,Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin davam etdirildiyi bildirilib:

“1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. riyaziyyat müəlliməsi odlu silahdan atəş açaraq Şəhla Kamilovanı güllələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*