Hindistan Ukraynaya görə Yaponiya təyyarəsini qəbul etməkdən imtina edibbackend

Hindistan Ukraynaya görə Yaponiya təyyarəsini qəbul etməkdən imtina edib

Hindistan Yaponiya Özünümüdafiə Qüvvələrinə məxsus təyyarəni Ukraynaya yardım yükü ilə qəbul etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Yapon nəşri bildirir ki, təyyarə BMT-nin Qaçqınlar Komissiyası vasitəsilə qonşu Ukraynaya, Polşa və Rumıniyaya humanitar yardım yükü çatdırmalı idi. Hindistan və Birləşmiş Ərəb Əmirlikləri tranzit məntəqələri kimi təyin edilib. Bir gün əvvəl məsələ Hindistanla işçi səviyyəsində razılaşdırılsa da, artıq aprelin 20-də Yeni Dehlidən rədd cavabı alınıb.

Hindistan imtinaya səbəb kimi razılaşmaların tam olmadığını göstərilib. İndi məsələnin həlli və yardım göndərilməsi planları üçün bu məsələ ilə bağlı rəsmi qərarın 22 aprel cümə günü verilməli olduğu halda, təxirə salınması qərara alınıb.

Agentliyin məlumatına görə, Hindistanın imtinası və planların dəyişdirilməsinin zəruriliyi məsələsi hakim Liberal Demokrat Partiyasının siyasi şurasında müzakirə olunub.

Qeyd edək ki, Yaponiya artıq mart ayında Ukraynaya yardım göndərib. Bu, zirehlər, dəbilqələr, isti paltarlar, həmçinin çadırlar, kameralar, quru yeməklər, generatorlar və gigiyena məhsulları olub. İndi Yaponiya Ukraynaya müşahidə aparatları, maskalar və kimyəvi qoruyucu geyimlər göndərmək niyyətində idi.

Agentlik xatırladır ki, mayın sonunda Tokioda Yaponiya, ABŞ, Avstraliya və Hindistanın iştirakı ilə Yaponiyanın təhlükəsizliyinə dair QUAD dördtərəfli dialoqun sammiti keçiriləcək.

Daha əvvəl bildirilib ki, Ukraynada hadisələrin başlaması ilə ixracın dayandırılmasından sonra Hindistan Rusiyaya çay, düyü, meyvə, kofe və dəniz məhsullarının tədarükünü bərpa edib. Hindistan malları olan konteynerlər keçən həftə Rusiya idxalçılarına göndərilib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*