İran təhlükəsizlik səbəbindən bu ölkədəki səfirlik və konsulluqlarının fəaliyyətini dayandırdıbackend

İran təhlükəsizlik səbəbindən bu ölkədəki səfirlik və konsulluqlarının fəaliyyətini dayandırdı

 İran Əfqanıstandakı konsulluq fəaliyyətini dayandırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İran Heratdakı konsulluqlarının və Kabildəki səfirliyinin fəaliyyətini dondurub.

Buna səbəb kimi Talibanın hərəkətsizliyi, eləcə də İran səfirlik və konsulluqlarını hücumlardan qoruya bilməməsi göstərilib.

Cavab tədbiri olaraq Xarici İşlər Nazirliyi iranlı diplomatların təhlükəsizliyini təmin edənə qədər Əfqanıstan ərazisində konsulluq xidmətlərini dayandırdığını amıqlayıb.

“Asvaka” agentliyinin məlumatına görə, İranın Kabildəki səfirliyi ilk 4 gün ərzində ziyarətçi qəbul etməyəcək. Qeyd edək ki, təşkilat BMT-nin sanksiyaları altındadır.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*