İş başında ölən zavod işçilərinin FOTOLARIbackend

İş başında ölən zavod işçilərinin FOTOLARI

Xəbər verdiyimiz kimi, dünən ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində 5 işçinin ölümü ilə nəticələnən hadisə baş verib.

KONKRET.az xəbər verir ki, iş yoldaşları vəfat edən həmkarlarının fotolarını paylaşıb.

Qeyd edək ki, hadisə dünən saat 17:00 radələrində baş verib. ASCO-nun “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Belə ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

Dünyasını dəyişmiş zavod əməkdaşlarının fotosunu təqdim edirik:

 

qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*