İtaliyada “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı başladıbackend

İtaliyada “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı başladı

İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Eurovision” mahnı müsabiqəsinin finalı başlayıb.

KONKRET.az xəbər verir ki, İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil olunan müsabiqənin finalında 20 ölkənin təmsilçiləri yarışır.

Azərbaycanı bu müsabiqədə Nadir Rüstəmli “Fade To Black” adlı mahnı ilə təmsil edir.

Nadir Rüstəmli müsabiqənin mayın 13-də keçirilən ikinci yarımfinalında səsvermədən sonra ilk onluğa daxil olaraq finalda mübarizə aparmağa haqq qazanıb.

Bundan başqa, Belçika, Çexiya, Finlandiya, Estoniya, Avstraliya, Polşa, İsveç, Rumıniya və Serbiya finala vəsiqə qazanıblar.

Xatırladaq ki, mayın 10-da keçirilən birinci yarımfinalda səsvermədə daha çox səs toplamış 10 ölkə – İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*