Koronavirusdan ölüm sayı hazırki rəqəmlərdən dəfələrlə çoxdur – İDDİAbackend

Koronavirusdan ölüm sayı hazırki rəqəmlərdən dəfələrlə çoxdur - İDDİA

Koronavirusdan ölüm sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə məşhur “Ekonomist” jurnalı məlumat yayıb.

Belə ki, jurnalda dərc olunan məqalədə koronavirusdan ölənlərin sayının real rəqəmlərdən 3 dəfə daha artıq olduğu qeyd olunub.

Bu isə, COVİD virusundan ölənlərin sayının reallıqda 15 milyona yaxın olduğu deməkdir. Qeyd edək ki, rəsmi statistikaya görə, 4,5 milyon insan koronavirusdan ölüb.

Jurnalda dərc olunan araşdırmada Çin, Rusiya və Hindistanda koronavirusdan ölənlərin əsl sayının gizlədildiyi və reallıqdan uzaq rəqəmlərin ictimaiyyətə təqdim olunduğu bildirilib.

Eyni zamanda mütəxəssislər əksər Afrika və Latın Amerikası ölkələrində də oxşar mənzərənin hakim olduğunu irəli sürüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*