Lalə Azərtaşa AĞIR İTKİbackend

Lalə Azərtaşa AĞIR İTKİ

Tanınmış aparıcı Lalə Azərtaşa ağır itki üz verib.

KONKRET.az xəbər verir ki, aparıcının xalası dünyasını dəyişib.

Bu barədə Azərtaş özü “Instagram” hesabında məlumat verib.

O, xalasının fotosunu paylaşaraq yazıb:

“Həyat çox qəribədir. Bu gün Kəlbəcərin günüdür deyə yuxudan fərqli sevinclə oyanacam deyirdim… Oyandım da! Sonra bildim ki, sən demə, bu təqvim həm də tək xalamın dünyasını dəyişdiyi gün olacaq! Oldu da! Dəfn etdik! Allahdan rəhmət diləyirəm. Şəhidlərimiz, yarım qalan arzular, gözüyaşlı analar gözüm önündən getmirdi! Amma müharibənin qəddar qanunları var!. Müharibədə yas saxlamazlar! Kəlbəcər qayıtdıgı gün yas saxlamazlar! Ona görə ürəyi parçalanmış, amma Kəlbəcər sevgisinin üstün gəldiyi üçün bu gün Əsgər Salamı verməyə bilməzdim! Nə yaxşı ki, “Ağdam bizimdir” deyə bildik sənə!. Nə yaxşı ki! Və başsağlığı verib, dərdimizə şərik olanlar, çox sağ olun. Ölkədəki COVİD-19 bəlası üzündən yas mərasimi keçirməyəcəyik!. Bir daha hər kəsə təşəkkür, Allah ölənlərinizə rəhmət eləsin”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*