Manukyan: “Antalyadakı görüşlər göstərdi ki, Nikol erməni diplomatiyasını məhv edib”backend

Manukyan: “Antalyadakı görüşlər göstərdi ki, Nikol erməni diplomatiyasını məhv edib”

“Martın 2-də Ermənistanın xarici işlər naziri və onun həmkarları Türkiyənin Antalya şəhərində iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı danışıqlar aparıblar. Bununla da Nikol və onun komandası erməni diplomatiyasını məhv elədi. Onun səhv idarəçiliyi sayəsində onlarla təcrübəli diplomat nəinki sistemdən kənarda qaldı, həm də mövcud vəziyyətə açıq şəkildə qarşı çıxır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Qeqam Manukyan öz Facebook səhifəsində yazıb.

O daha sonra bunları qeyd edib: “Berlində Azərbaycanla danışıqlarda iştirak edən Ermənistan komandasında təmsil olunanların heç birinin uzunmüddətli diplomatik təcrübəsi yoxdur.

Bundan başqa, Ararat Mirzoyanın dostları, nazir müavini (xidmətdən yayınan) Ararat Kostanyan və Davit Kaapetyan kimi təcrübəsiz diplomatların da adını çəkmək olar.

Təcrübəsiz insanların bu çevrəsində diplomatik sistem işləmir, hətta son 30 ilin diplomatik nailiyyətləri darmadağın olur.

2023-cü ildə Türkiyədə baş vermiş zəlzələ nəticəsində Ermənistan-Türkiyə sərhədlərinin 30 ildə ilk dəfə açıldığına dair misli görünməmiş məlumatlar yayıldı. Bu sərhədin hətta Ermənistanın yüksək rütbəli məmurları üçün də açıldığı bildirildi. Halbuki əvvəllər də yüksək rütbəli məmurlar üçün Türkiyə ilə sərhədlər açıq idi.

Savadsızlıq o həddə çatıb ki, Antalyada Rubinyan çaş-baş vəziyyətə düşür. O başa düşmür ki, Türkiyə ilə sərhədin açılmasından söhbət gedə bilməz, Ankara 1993-cü ildə sərhədi bağlamışdı və hələ də açmaq niyyəti yoxdur.

Onlar o qədər cahillik ediblər ki, ötən illərdə erməni diplomatiyasının bütün məziyyətlərinin məhv edilməsinə imkan veriblər və indi də Aİ-nin xüsusi nümayəndəsi Toyvo Klaarın dili və qərarı ilə Türkiyənin regionda hakim mövqeyinin rəsmiləşdirilməsinə razılaşırlar.

Bu savadsız və iddialı adamlar ordusu erməni diplomatiyasının bütün uğurlarını alt-üst etdi. Və bu reallığı qəbul etdi ki, Ermənistan-Azərbaycan münasibətləri Türkiyə ilə münasibətlərlə sıx bağlıdır. Ona görə də indiki hakimiyyət Türkiyənin ilkin şərtlərini qəbul edir və oyun qaydalarına itaətkarlıqla əməl etməyə hazırdır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*