“Məğlub olduq, bizi inək sürüsünə çevirdilər” – Erməni polkovnikdən şokbackend

"Məğlub olduq, bizi inək sürüsünə çevirdilər" - Erməni polkovnikdən şok

Biz niyə məğlub olduq? Bu sualı uzun müddət özümüzə verəcəyik və hər birimiz nə etməli olduğumuzu, ancaq etmədiyimizi qeyd edəcəyik. Biz, sadəcə özümüzə hörmət etmədik. Ən sadə şeyləri etmədiyimizə, özümüzə və illər ərzində itkilər, çətinliklər bahasına əldə etdiyimiz şeylərə hörmət qoymadığımıza inanıram.

KONKRET.az  xəbər verir ki, bu sözləri Azərbaycana qarşı savaşan separatçı polkovnik Senor Asratyan özünün Feysbuk hesabında yazıb.

Hərbi cinayətkar uduzmalarının səbəblərinə dair özünün fərziyyələrini səsləndirərək günahın özlərində olduğu qənaətinə gəlib:

“Biz, bir-birimizi güclü etmək əvəzinə, zəiflətməyə, sevmək əvəzinə, nifrət etməyə üstünlük verdik.
Bir neçə nəfər bizi inək sürüsünə çevirdi və istədikləri yolla getməyə məcbur etdi. Amma bu vəziyyətdə belə inək sürüsü olmaqda davam edirik. Çünki müstəqil düşünmək qabiliyyətimiz yoxdur. Həm də düşünməyi biləni də dinləmirik. Bir neçə nəfərin uydurduğu nağılları dinlədik, indi də inanırıq. Evimizi qurmaq əvəzinə yalnız yaxınlıqda duranları göstərdik. Beləcə bir neçə nəfər müstəqil düşünmək qabiliyyətini itirən kütləni qeyri-müəyyənliyə aparmaqda davam edir”.

Separatçı rejimin hərbi nümayəndəsi bildirib ki, onlar məğlub olublar:

“Çünki ölkənin ağalarına çevrilən bu adamlar vətəni insanların yaşadıqları torpaqla qarışdırdılar. Vətəni vəhdətdə saxlamaq əvəzinə, bölgələrə ayırmağa qərar verdilər. Vətənin bir hissəsi yaşayır, digər hissəsi də yaşamaqdan uzaqlaşır. Nəticədə ermənilər bölündü, “vətən” parçalandı. Bundan sonrakı yolumuzun bizi hara aparacağını söyləmək çətindir. Ancaq boşluqda dayandığımız gerçəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*