Ermənistan parlamentində yenə dava düşüb.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi olan Ruben Rubinyan müxalifət deputatlarına xəbərdarlıq edib. Rubinyan onu Türkiyə ilə əlaqələrdə ittiham edənlərə daha səbrinin tükəndiyini bildirib.
“Artılq mənim səbrim tükənib”,- deyə bütün iddiaları əsassız adlandırıb və cavab addımları ata biləcəyini qeyd edib.
Bundan sonra parlamentdə həqiqətən səbrlər tükənib və əlbəyaxa dava düşüb.
Qeyd edək ki, “Ermənistan” fraksiyasının nümayəndəsi Aqnessa Xamoyan bir müddət əvvəl Rubinyanın Türkiyədə təcrübə keçdiyini, araşdırma apardığını və “Türk agenti” ola biləcəyini bildirib.
Parlamentdən həmin kadrları təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
