MİQ-ə imtahan verənlərin NƏZƏRİNƏ: Nazir sualları cavablandıracaqbackend

MİQ-ə imtahan verənlərin NƏZƏRİNƏ: Nazir sualları cavablandıracaq

Təhsil naziri Emin Əmrullayev 4 avqust saat 16:00-da “Facebook” səhifəsi üzərindən 2020-2021-ci tədris ilində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandıracaq.

KONKRET.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə paylaşımında məlumat verib. O bildirib ki, suallar  3 avqust saat 17:00-dək bu paylaşımın rəy bölməsində qeyd edilə bilər.

Canlı yayımda müsabiqəyə çıxarılan vakant yerlər, MİQ imtahanında istifadə edilən suallar, növbəti ildə tətbiq olunacaq yeniliklərlə bağlı suallar cavablandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*