Nazirlikdən Xankəndi və Xocavəndlə bağlı sevindirici AÇIQLAMAbackend

Nazirlikdən Xankəndi və Xocavəndlə bağlı sevindirici AÇIQLAMA

Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına daxil olan rayonlar açıqlanıb.

KONKRET.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov qurumun “Facebook” səhifəsində canlı yayımda deyib.

“Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxildir”.

O qeyd edib ki, işğal altında olan ərazilərimizdə ermənilər vandalizm hərəkətləri törədiblər:

“Bu ərazilərə qayıdış olacaq və yenidən bərpa ediləcək”.

Qeyd edək ki, ölkə başçısının Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı verdiyi tapşırıqların icrası üçün Ədliyyə Nazirliyi rəhbərliyi tərəfindən yeni Qarabağ Regional Ədliyyə İdarəsi təsis edilib.

Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov isə Regional Ədliyyə İdarəsinin rəisi təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*