Ermənistan Baş naziri Nikol Paşinyan istefa verib.
KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciəti zamanı bəyan edib.
O, facebook səhifəsində xalqa videomüraciətində deyib.
“İyunun 20-də növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün bu gün vəzifəmdən istefa verirəm”, – o deyib.
Paşinyan daha əvvəl Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini elan edib. O bildirib ki, parlamentin buraxılması mexanizmini işə salmaq üçün apreldə rəsmən istefaya gedəcək, lakin seçkilərə qədər hökumətlə rəhbərlik edəcək.
