“Qarabağ” bu gün “Sivasspor”la qarşılaşacaq – AFİŞAbackend

“Qarabağ” bu gün “Sivasspor”la qarşılaşacaq - AFİŞA

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

KONKRET.az xəbər verir ki, Qurban Qurbanovun komandası qrupdakı dördüncü matçında “Sivasspor”la üz-üzə gələcək.

Bakı vaxtı ilə 21:55-də başlayacaq qarşılaşma İstanbul şəhərində keçiriləcək.

Tərəflər arasında baş tutan ilk qarşılaşmada Türkiyə təmsilçisi 2:0 hesablı qələbəyə sevinmişdi.

Bu oyuna qədər qrup mərhələsində keçirdiyi hər üç oyunda məğlub olan “Qarabağ” sonuncu yerdədir.

“Sivasspor” 3 xalla üçüncü, “Makkabi” 6 xalla ikinci, “Vilyarreal” 9 xalla birinci yerdə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*