Rüfət Hacıyev vəzifəli şəxsə rüşvət almağa vasitəçilik edib – Ona da cinayət işi açıldıbackend

Rüfət Hacıyev vəzifəli şəxsə rüşvət almağa vasitəçilik edib - Ona da cinayət işi açıldı

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rüşvətə görə həbs edilən sabiq müdiri Rüfət Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

KONKRET.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məlum olub ki, istintaqın gedişində Hacıyev İntiqam Qəşəm oğlu da cinayət məsuliyyətinə cəlb edilib.

Əldə etdiyimiz məlumata görə, İntiqam Hacıyev Hesablama Palatasının əməkdaşıdır. O, Palatanın Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrinin auditi sektorunun müdiri işləyib. İttihama görə, Rüfət Hacıyev onun min manat məbləğində rüşvət almasına vasitəçilik edib. İ.Hacıyev həbs edilməyib, onun barəsində istintaq dövrü müddətində alternativ qətimkan tədbiri seçilib.

İş üzrə Elm və Təhsil Nazirliyi və Hesablama Palatası zərərçəkmiş qismində tanınıb.

Cinayət işi hakim Nürəddin Hüseynlinin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Rüfət Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. O, müddətdə əmək müqaviləsinin müddətinin uzadılması, məktəb direktoru vəzifəsinə təyin olunma, məktəblərdə müvafiq yoxlamaların keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq göstərilməsi kimi məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 53 min manat pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*