MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA – VİDEObackend

MN-dən sülhməramlılarla bağlı AÇIQLAMA - VİDEO

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.

Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.

Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.

Qeyd edək ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

  • Adəm
    Noyabr 29, 2020 - 20:28

    1990-cı illərdə ermənilər qarabağ bölgəsindəki torpaq iddiasına düşməsəydilər, Azərbaycanlı qadınları və uşaqları vəhşicəsinə öldürməsəydilər, Xocalıda soyqırımnı törətməsəydilər, vəziyyət indi tamamilə fərqli olardı. Qarabağda ermənilər və Azərbaycanlılar mehriban yaşayırdılar. İndiyədək Yerevan-Bakı-Moskva qatarı işləyirdi.
    Bakı-ceyhan neft və Bakı-Ərzurum qaz kəmərləri Nabukko və s. Ermənistandan keçirdi.Qarabağa Azərbaycan daxilində yüksək status verilə bilərdi. Ermənistanın Azərbaycan və Türkiyə ilə sıx iqtisadi əlaqələri olacaqdı və Ermənistan inkişaf etmiş ölkələr səviyyəsində olacaqdı. Ermənistan və Azərbaycan Avropa Birliyinin və NATO-nun üzvü olacaqdı. Xüsusilə Ermənistanın sərhədlərini dövlətçiliyini Rusya qorumuyacaqdı. Ermənistan Rusiyanın oyununa gəldi. Rusya isə Qafqazdakı siysətini yerinə yetirə bildi.Ermənistan müstəqilliyini tam qazana bilmədi, bölgədə çox zəif Ölkə vəziyyətinə düşdü. Görəsən hər şey yenidən başlaya bilərmi?Çox çətin çünki əvvəlcə Rusya Qarabağdan çıxmalıdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*