Şəhid generalımız Polad Həşimovun oğluna “İnşallah sən də şəhid olarsan” dedi: Tənqid atəşinə tutuldu – VİDEObackend

Şəhid generalımız Polad Həşimovun oğluna "İnşallah sən də şəhid olarsan" dedi: Tənqid atəşinə tutuldu - VİDEO

Sosial şəbəkələrdə şəhid generalımız Polad Həşimovun oğlu ilə şəkil çəkdirən şəxsin videosu izləyicilər tərəfindən hiddətlə qarşılanıb.

KONKRET.az xəbər verir ki, insanlarda narazılıq yaradan əsas səbəb həmin şəxsin şəhid generalımızın oğluna, “Atasının igid oğlu, İnşallah böyüyəndə bu da şəhid olacaq, hə, inşallah” deməsidir. Videodakı şəxsin həmin sözü mənfi mənada deməsini iddia edə bilmərik, ancaq ifadə tərzi son dərəcə yanlışdır. Bəli, şəhidlik uca zirvədir, hər insana nəsib olmur, ancaq bu zirvəni şəhid övladına, atasını itirən yeniyetməyə bu tərzdə demək düşüncəsizlik və özünübilməzlikdir.

Biz videodakı şəxsdən fərqli olaraq şəhid generalımızın oğluna, uzun ömür, can sağlığı, atasının adına layiq övlad olmağı, atasının ruhunu və adını hər zaman uca tutmağı, hərbi sahəni seçərsə, atası kimi Azərbaycan xalqının sevimlisi və dəyərlisi olan general olmağı arzulayırıq.

  • Esmira
    Dekabr 2, 2020 - 17:22

    Bu sozleri generalimizin ogluna deyen adamin dili qurusun inşallah

  • Azər İslamoğlu
    Dekabr 3, 2020 - 12:19

    Deyilən ifadəni mənfi yönə yozmaq cahillikdir. Əslində avam, axirətdən xəbərsiz bir kütlənin içində bu kimi ifadələr ehtiyatlı işlədilməlidir ki, insanlar elmsizlikdən və başqalarının elmsizliyindən istifadə edib baçqa yönə yozmasınlar. Amma ifadə artıq işlədilib və çənfi yöndə yozulur.

    İnsan bir gün öləcək. Ölümlərində ən şərəflisi şəhidlikdir. Polad Həşimov ən şərəfli ölümlə ölüb. Deyəndə ona oğluna bu şərəfə nail olmağı arzu edib. Bu o demək deyi ki, oğul bu gün ölsün. Bir gün oda oləcək, bu şərhi yazanda və tənqid edənlərdə. Heç kəsdə ölümünün tarixini bilmir. Allahdan başqa. Lakin istər cavan, istər qoca bir gün öləcəyik. İnanclarından asılı olmayaraq hər kəs bu sonluğu, ölümü qəbul edir. İnsan nə qədər qəflətdə olsada, əbədi yaşamaq istəsədə ölümsüzlük, ölümdən qaçmaq qeyri mümkündür.Axirətə iman isə vacibdir. Buna inanmayan müsəlman deyil. Bir iman əhlinə yaxınlaşın və deyin ki, Allah səni şəhid kimi öldürsün. Dərhal deyəcək – Amin. Qısası elmlənmək lazımdır. Allahın Kitabını diqqətlə oxuyun.

  • Abdullah
    Dekabr 3, 2020 - 18:43

    Yuxarıda qardaş lazımı ifadələri tam yerinə qoyaraq mətnin məğzini müfəssəl və çox aydın şəkildə elə çatdırdı ki artıq öz fikrimi bildirmək üçün bu sözdən başqasını yaza bilmirəm “həqiqətən cahillik yaşayışı çətinləşdir!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*