KONKRET.az Haqqin.az-a istinadən xəbər verir ki, paytaxtın bir çox yanacaqdoldurma məntəqələrində “Premium” markalı benzin (Aİ-95) yoxa çıxıb.
İyulun 15-dən Aİ-95 markalı benzinin 1 litrinin qiyməti 40 qəpik ucuzlaşaraq 1,60 manat olub. Sürücülərin sözlərinə görə, bundan sonra Aİ-95 markalı benzin əksər yanacaqdoldurma məntəqələrində satışdan ya çıxarılıb. Ona görə də sürücülər Aİ-92 markalı benzin almalı olublar. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəzi yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin müvəqqəti olaraq satılmadığını təsdiqləyib.
Şirkətdən verilən məlumata görə, SOCAR markalı yanacaqdoldurma məntəqələrində bu markalı benzinin satışına heç bir məhdudiyyət yoxdur.
SOCAR-dan vurğulanıb ki, müəyyən günlərdə ölkəyə bu növ yanacağın verilişində gecikmələr olduğu üçün bəzi yanacaqdoldurma məntəqələrində yanacaq tükənib, satılmır, lakin problem tezliklə aradan qaldırılıb.

SOCAR
1.HEÇ BİR MƏHDUDİYYƏT YOXDUR 😂
2.MUƏYYƏN GÜNLƏRDƏ YANACAĞIN VERİLMƏSİNDƏ
ÇƏTİNLİKLƏR VAR.
NƏTİCƏ:BİRİ BİRİNİ TƏKZİB EDƏN İKİ FİKİR.
Yeqon ruslara gonderilir…cunki, onlarda problem yaranib…pomidor, yumurta kimi…
Bularin zadinda zad tutsan deyecey artiq etdi gedir rusiyaya muharibe gedir axi
Biz SOKAR haqqında nə yazsaq da heç bir nəticə verən deyil.. boş vrtin Allah səbir versin
Nə çətinlik,kimə nə sənin çətinliyindən, millət pul verib benzin alır,hər fırıldağı bilirsiz vicdanla işləməkdən başqa.Düzələn deyil Azərbaycan