“Bu hökumətə ciddi zərbə vuruldu. Nikol Paşinyan və onun rəhbərlik etdiyi qrup istədiklərini əldə edə bilmədilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Ana Ermənistan” blokunun seçki siyahısına rəhbərlik edən Andranik Tevanyan bildirib. O qeyd edib ki, nəticələrin dərci zamanı MSK-nın göstərdiyi lənglik şübhələrə əsas verir.
Xatırladaq ki, MSK bütün seçki məntəqələrinin nəticələrini açıqlayıb. Yekunlara görə, “Ana Ermənistan” alyansı 35 739 səs (15,43%) toplayıb.
Tevanyanın sözlərinə görə, bu nəticələr hakimiyyət dəyişikliyinin ilk addımıdır.
“Özünüzü səbirlə silahlandırın. Bir şey aydındır ki, hakimiyyətə xalqın inamı yoxdur və seçkilərdə belə, qarşılarında duran problemi həll edə bilməyiblər. Düşünürük ki, bu prosesi mübarizəyə, hakimiyyət dəyişikliyinə çevirmək imkanları var. Hazır olun”, – deyə Tevanyan bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az