Tramp: “Qeyri-qanuni miqrantlar arasında psixlər və cinayətkarlar da var”backend

Tramp: "Qeyri-qanuni miqrantlar arasında psixlər və cinayətkarlar da var"

ABŞ sərhədini keçən qeyri-qanuni miqrantlar arasında digər ölkələrin həbsxanalarında və ya psixi müəssisələrində saxlanılanlar da var.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

“İndiki ABŞ administrasiyası qərara gəlib ki, dünyanın hər yerindən ölkəmizə cinayətkarların, psixlərin daxil olmasına imkan verəcək açıq sərhədlərə ehtiyacımız var. Amma bu, belə deyil”, – deyə o bildirib.

Eyni zamanda Tramp etiraf edib ki, immiqrantlar arasında ABŞ-a xeyir gətirən insanlar da az deyil.

Keçmiş Amerika lideri mütəmadi olaraq ABŞ-ın hazırkı prezidenti Co Baydenin immiqrasiya siyasətini tənqid edir. Tramp həmçinin noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ sərhədini qeyri-qanuni immiqrantlar üçün bağlayacağını vəd edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*