Türkiyə həmsədrlər sirasinda yer alacaqmi? – TƏHLİLbackend

Türkiyə həmsədrlər sırasında yer alacaqmı? - TƏHLİL

Dünən Fransa Senatının məlum qətnaməni qəbul etməsindən sonra Azərbaycan parlamenti Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən çıxarılması məqsədilə hökumətə rəsmi müraciət üçün çağırış etdi. Ardınca Fransanın Bakıdakı səfiri XİN-ə çağırılaraq müvafiq nota verildi.

Bir müddət öncə də Dağlıq Qarabağın Azərbaycan İcması İB-nin sədri, millət vəkili Tural Gəncəliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanı bu qurumda görmək istəmədiklərini bildirmişdi. Gəncəliyev belə demişdi: “Bölgə ilə heç bir əlaqəsi olmayan Fransa zamanında Azərbaycanın zəif durumda olmasından faydalanaraq, həmsədrlikdə yer almışdır. Biz Fransanın həmsədrlikdən ayrılmasını tələb edirik. Ermənistan və Azərbaycanla sərhəddi olan, bölgənin təhlükəsizliyi baxımından böyük potensiala və imkanlara sahib bir ölkə olan  Türkiyə var. Türkiyənin bölgədə güclənməsi, bölgəyə sabitliyin gəlməsi problemin qısa zamanda dinc yolla həll edilməsi deməkdir. Minsk qrupunun həmsədrlərindən biri olaraq Türkiyəni görmək istəyirik”.

Əslində, ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərəfsizliyini zədələyən yekun hadisə 14 mart 2008-ci ildə BMT Baş Məclisində səsvermə zamanı baş vermişdi. BMT Baş Məclisində Dağlıq Qarabağ bölgəsini işğal edən Ermənistanın buradan dərhal çəkilməsini nəzərdə tutan layihə qəbul edilmişdi. 39 ölkə layihənin lehinə səs verdiyi halda, 100 ölkə bitərəf qalmış, 7 ölkə isə əleyhinə səs vermişdi. Bu 7 ölkə arasında ABŞ, Rusiya və Fransa da vardı.

Bundan sonra Azərbaycan XİN ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəyişdirilməsini nəzərdə tutan müraciəti ATƏT-ə göndərmişdi. Çünki ATƏT-in Minsk qrupunun daha öncə qəbul etdiyi qərarlarda bənzər ifadələr açıqca yer aldığı halda, həmsədr ölkələrin nümayəndələri BMT-də bitərəf də qalmayıb, əleyhinə səs vermişdilər. Bu, münaqişənin həll edilməməsi yönündə təməl iradə bəyanı idi. Doğrusu, 20 illik müddətdə bu iradələrini açıqca ortaya qoydular.

Bu çərçivədə, Türkiyənin ATƏT-in Minsk qrupu həmsədrliyi onsuz da bir de-fakto durumun yaradılması ilə əlindən alınmışdı. Bunun detallarını yazmışdım.

Yəni, bu, Türkiyə baxımından bir lütf deyil. Qrupun ilk dəfə meydana gəlməsi prosesində Türkiyə üçün bir haqq, həll prosesi üçün də lazımlı idi. İndi şərtlər yenidən o nöqtəyə gətirdi. Əgər bu sistemin davam etməsi istənilirsə, Türkiyə həmsədrlər arasında yer almalıdır. Əks halda, Minsk qrupu faktiki olaraq bitmiş hesab edilə bilər.

Azərbaycanın “Fransanı istəmirik” deməsi doğrudur. Lakin bunu da əlavə etmək lazımdır: “Türkiyə həmsədrlərdən biri olmadan artıq Minsk qrupuna etibar etmək olmaz…” Bu, artıq təşkilatın davam etməsi baxımından da bir zərurətə çevrilmişdir.

Professor Kürşad Zorlu

“Habertürk”, Türkiyə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*