Ukraynada körpəni zorlayan işğalçı və vəhşi rus desantının adı və soyadı müəyyənləşdirilib.
KONKRET.az xəbər verir ki, Litva parlamentinə müraciəti zamanı bu barədə Ukraynanın cəsur xarakterli Prezidenti Volodimir Zelenski deyib.
Bildirib ki, həmin heyvan Pskovdandır, soyadı da Bçkovdur. Öz cinayətini videoya çəkib, özü kimilərinə göndərib:
“Rus hərbçisi budur, “uşaqların qoruyucusu”. Moskvada planlaşdırılan “xüsusi əməliyyat” budur. “Rus sülhü” uğrunda mübarizənin tarixi belədir. İndi rus ordusu, Pskovdan rus desantları belə təsəvvürdə qalacaqlar”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti isğalçı ölkənin müdafiə nazirini öz uşaqlarını və nəvələrini belə vəhşilərə etibar etməyə çağırıb:
“Bəlkə, müdafiə naziri övladlarını qorumaq üçün belə Pskov desantlarını dəvət etsin? Evinə, usaqlarına və nəvələrinə. O, bunu istəmir? Əminəm ki, qorxacaq”.
Xatirə Sadiq,
KONKRET.az
